Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dubay əmirinin qızı atası tərəfindən girov kimi saxlandığını açıqlayıb
Şeyx Məhəmməd ibn Rəşid əl-Maktumun qızı Lətifə

Dubay əmiri, Baş nazir Şeyx Məhəmməd ibn Rəşid əl-Maktumun qızı Lətifə atası tərəfindən girov kimi saxlandığını bəyan edib. 2018-ci ildə ölkədən qaçmağa cəhd göstərən gənc xanım saxlanıldığı evin hamam otağında video çəkərək başına gələnlər haqqında danışıb.

Oxu.az-ın məlumatına görə, qeyd olunan video çərşənbə axşamı BBC telekanalında yayımlanıb. Videoda 35 yaşlı Lətifə villada 30 polis tərəfindən qorunduğunu bildirib. Evin xaricində onu kişi, daxilində isə qadın polislər izləyir. Lətifənin sözlərinə görə, ona pəncərəni açmağa belə icazə verilmir. Xanım bütün ətraf aləmdən təcrid olunub. Hətta videonu çəkdiyi telefonu da ona gizlincə ötürüblər. Görüntülər hamam otağında çəkilib, belə ki, Lətifənin sözlərinə görə, bu, villada qapısı arxadan bağlanan yeganə otaqdır.

39 dəqiqəlik videoda Dubay əmirinin qızı özünü həbsxanadakı kimi hiss etdiyini bildirib.

Xatırladaq ki, Lətifə iki dəfə 2002 və 2018-ci illərdə Dubaydan qaçmağa cəhd göstərib. Onun böyük bacısı Şəmsə də vaxtilə Londona qaçıb, lakin oradan oğurlanaraq yenidən BƏƏ-yə gətirilib.

Qeyd edək ki, bir müddət öncə Baş nazirin altıncı həyat yoldaşı Hayya bint əl-Hüsseyn də ölkədən qaçaraq Avropaya pənah aparıb.

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »