Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qarabağda rus dilinin ardınca Rusiya pasportu da gələcəkmi...
Araik Aratunyan

Qondarma Dağlıq Qarabağ rejimi rus dilini "dövlət dili" elan edib.

Buna dair qanunvericilikdə dəyişikliklər layihəsi “DQR” parlamentinin saytında yerləşdirilib.

“Dağlıq Qarabağın rəsmi dilləri erməni və rus dilləridir”,- deyə məlumatda bildirilib.

Sənədə əsasən “dövlət orqanları”, hüquqi şəxslər, müəssisə və təşkilatlar ofis işlərini erməni dilində, lazım gələrsə, rus dilində aparmağa borcludurlar.

Olmayan dövlətin olmayan dili. Araik bununla da növbəti təxribata əl atmış oldu. Məsələnin mahiyyətinin bundan ibarət olduğunu düşünsək, o qədər də dəyişən bir şey olmayacaq. Lakin belə bir məsələnin ardınca Qarabağda rus pasportlarının paylanmayacağı heç kim tərəfindən sığortalanmayıb.

Əziz Əlibəyli Əziz Əlibəyli

Sosial Tədqiqatlar Mərkəzinin Mətbuat Xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə mütəxəssis Əziz Əlibəyli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bu təkcə Azərbaycana qarşı yönəlməyib: “Rus dilinə xüsusi statusun verilməsi, öz üzərlərində Moskvanın himayəsinin gücləndirilməsi cəhdi kimi qiymətləndirilə bilər. İkinci bir məsələ isə odur ki, Rusiyanın özünün də bu məsələdə marağı ola bilər, çünki Rusiyanın adamı olan Vitali Balasanyan da daha öncə Rusiya pasportlarının paylanmasını gündəmə gətirmişdi. Bunların hamısına biz şahid olacağıq. Bu təkcə Azərbaycana qarşı yönəlməyib, həm də Dağlıq Qarabağla Ermənistan hakimiyyəti arasında baş verən konfliktin də həlli ola bilər. Çünki Rusiyanın Ermənistanda təsiri azaldıqca Qarabağda bunun əvəzini çıxmağa çalışır.

Nəticədə bunların heç biri Azərbaycana yönəlməyib. Zəngəzur dəhlizinin reallaşmasından sonra bu məsələlər qapanacaq. Azərbaycanın əlini gücləndirən faktorlardan biri Böyük Britaniya qoşunlarının bölgəyə gəlişi ilə bağlı olan məsələdir. Ona görə də, buna keçici proses kimi baxmaq lazımdır".

Əziz Əlibəyli onu da vurğulayıb ki, Moskvanın seçim anı yaxınlaşanda o dilemma qarşısında qalmayacaq: “Buna görə də, Azərbaycanla razılaşmalı olduğunu bilirik. 10 noyabr və yanvarın 12-də baş tutan Moskva görüşləri də bunu göstərir”.

Yalnız bu baş verənlər bizim tərəfimizdən ciddi şəkildə təəssüf doğurur. Amma bu hüquqi və hansısa oyunda müəyyən dəyişiklik yaradacaq əhəmiyyətə malik məsələ deyil”.

Leyla Mirzə

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Məmurlar saxta QHT-lər vasitəsilə milyonlar mənimsəyirlər
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
Son xəbərlər
Bütün xəbərlər »