Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AMEA-da otaq çatışmazlığından 8 şöbə ləğv olunur
Milli Elmlər Akademiyası

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun strukturunda dəyişikliklər edilir.

“Report”un əldə etdiyi məlumata görə, bununla bağlı məsələ institutun elmi şurasının iclasında müzakirə edilib və təsdiqlənib. Qərara əsasən, institutun 8 şöbəsi ləğv olunur.

Qeyd olunub ki, hazırda institutda 28 struktur vahid var və onlardan 19-u elmi tədqiqat şöbələri, 9-u isə texniki şöbələrdir. İnstitutun 4 otağında hər birində iki şöbə olmaqla 8 şöbənin yerləşməsinin elmin inkişafına maneçilik törətdiyi kimi qiymətləndirilib.

Ləğv edilən şöbələr aşağıdakılardır:

1) Azərbaycan xalqına qarşı soyqırımları tarixi şöbəsi

2) Azərbaycan sənətkarlıq tarixi şöbəsi

3) Azərbaycan mədəniyyəti tarixi şöbəsi

4) Qafqaz tarixi şöbəsi

5) Azərbaycan-Rusiya əlaqələri tarixi şöbəsi

6) Azərbaycanın tarixi demoqrafiyası şöbəsi

7) Azərbaycan diasporu şöbəsi

8) Ümumi tarix şöbəsi

Eyni zamanda mövcud Mənbəşünaslıq və tarixşünaslıq şöbəsi “Tarixin nəzəriyyəsi, tarixşünaslıq və mənbəşünaslıq” şöbəsi kimi, Qarabağ tarixi şöbəsi isə “Azərbaycan xanlıqları və Qarabağ tarixi” şöbəsi kimi yenidən təşkil olunacaq. Bundan əlavə, institutda "Siyasi partiyalar və ictimai təşkilatların tarixi" şöbəsi yaradılır.

Belə ki, təklif olunan dəyişikliklərdən sonra institutun elmi-tədqiqat şöbələrinin yeni strukturu belə olacaq:

1)Azərbaycanın qədim tarixi şöbəsi

2) Orta əsrlər tarixi şöbəsi

3)“Azərbaycan xanlıqları və Qarabağ tarixi” şöbəsi

4) Yeni tarix şöbəsi

5) Xalq Cümhuriyyəti tarixi şöbəsi

6) Sovet dövrü tarixi şöbəsi

7) Azərbaycan Respublikasının tarixi şöbəsi

8) Əliyevşünaslıq şöbəsi

9) Azərbaycanın tarixi coğrafiyası şöbəsi

10) “Tarixin nəzəriyyəsi, tarixşünaslıq və mənbəşünaslıq” şöbəsi

11) Siyasi partiyalar və ictimai təşkilatların tarixi şöbəsi

12) Beynəlxalq münasibətlər tarixi şöbəsi

Beləliklə, struktur dəyişikliklərinə uyğun olaraq, şöbələrin sayı 19-dan 12-yə endirilir. Bundan sonra şöbələrin daxilində bölmələr də ləğv olunur. Bu dəyişikliklər nəticəsində şöbələrin otaq və texniki təminatında müəyyən dərəcədə yaxşılaşma olacağı gözlənilir.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »