Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya sülhməramlıları Qırmızı Bazar qəsəbəsini minalardan təmizlədilər
Rus sülməramlıları - mina axtaranlar

Rusiya sülhməramlı kontingentinin minaların təmizlənməsi bölüyü Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsini partlayıcı maddələrdən təmizləyib.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Rusiya istehkamçıları aralarında 122 mm-lik yüksək partlayıcı top mərmiləri və kumulyativ tank sursatı da daxil olmaqla, 400-ə yaxın partlayıcı maddəni zərərsizləşdiriblər.

Aşkar edilmiş partlayıcılar xüsusi təchiz olunmuş Ballıca poliqonunda məhv edilib. Evakuasiya edilə bilməyən sursatlar təhlükəsizlik tədbirləri görülməklə yerində zərərsizləşdirilib.

Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 1419 hektar ərazi, 443 km yol, 30 sosial əhəmiyyətli obyekt daxil olmaqla 1361 tikili partlamamış hərbi sursatlardan təmizlənib, 24 453 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib.

Paylaş »
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »