Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün Azərbaycanın Baş naziri Ərdoğanla görüşəcək
Əli Əsədov

Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.

"Report" xəbər verir ki, səfər Türkiyənin vitse-prezidenti Fuat Oktayın dəvəti ilə həyata keçirilir. Bu, Azərbaycanın hökumət başçısının xarici ölkələrə ilk rəsmi səfəridir.

Ə.Əsədov F.Oktay, daha sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək.

Bundan başqa, F.Oktay və Ə.Əsədov Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq Komissiyasının 9-cu iclasında iştirak edəcəklər. Onlar Xarici İqtisadi Əlaqələr Qurumunun təşəbbüsü ilə təşkil ediləcək və iki ölkədən 150 özəl sektor nümayəndəsinin iştirak edəcəyi Türkiyə-Azərbaycan İş Forumunun ümumi iclasına da qatılacaqlar.

Forum zamanı iki ölkə arasında bir sıra müqavilələr imzalanacaq. İlkin məlumata görə, dövlət və özəl sektor sahələrindəki ticarət razılaşmalarının dəyəri 100 milyon ABŞ dollarından çox olacağı gözlənilir.

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› Ermənistanda prezidentə qarşı impiçment: “Qan da tökülə bilər”
››› Bakıda iki fəhlə köhnə şkafdan 25 paçka dollar tapıblar: "Elə bildik ermənidən qalıb ..."
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »