Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
44 günlük Vətən Müharibəsindən 100 gün sonraya qısa bir baxış: Biz və düşmən...
Şuşaya giriş

Bu gün “Vətən müharibəsi”nin bitməsinin 100 günü tamam oldu. Adətən, 100 gün tamam olanda görülən işlərə qiymət verilir. 44 günlük müharibə qələbəmizlə başa çatdı, amma Qarabağ münaqişəsi bitmədi və yeni status-kvo ilə artıq 100 gündür ki, davam edir. Və bu 100 gün ərzində Dağlıq Qarabağla əlaqədar taktiki addımlarımızı, strateji siyasətimizi heç barmaqla da saymaq olmur. Belə getsə hələ çox 100 günlər yola salına bilər və bu gün düşmən nəzarətində olan ərazilərimizdə öz nəzarətimizin təmin olunması “sülhməramlıların uzunmüddətli iştirakı” səbəbilə imkansız ola bilər.

100 gün tarix üçün böyük müddət hesab olnmaya bilər, amma 10 noyabr razılaşmasından sonra Rusiya sülhməramlılarının və Ermənistan silahlı qüvvələrinin nəzarət etdiyi Azərbaycan torpaqlarında düşmənin yenidən toparlanması prosesinin getdiyini hamımız müşahidə edir və baş verənlərdən həm cəmiyyət, həm də fərd olaraq narahatlıq keçiririk. Cəmiyyət bu torpaqların nə vaxt Azərbaycanın nəzarətinə keçəcəyini və bunun üçün nədən, hardan başlamağın yollarını bilmək istəyir, səbirsizliklə gözləyir, ən azı rəsmi söz, bəyanat formasında. Hər gün teleekranlardan səbrli olmağı məsləhət görənlərin bol olmasına baxmayaraq, Qarabağ və ətrafında baş verənlərə bu “dəyərli məsləhətlər” dərman ola bilmir. Ona görə də, dövlət adına narahatçılığı aradan qaldıra biləcək hansı siyasi-diplomatik addımların atılacağı hamının diqqətindədir.

Bir həftədən sonra Xocalı qətliamının anım günü olacaq. Əvvəlki illərdən fərqli olaraq bu anım gününü qürurla və böyük ümidlə qeyd edəcəyik. Qürurumuz düşməni ağır məğlubiyyətə uğratmağımız, ümidimiz Xocalıya qayıdıb bu yeri müqəddəs məkana çevirmək, Osvensim, Dahau, Buhenvald kimi erməni faşizminin vəhşiliklərini yerində, əyani olaraq dünyaya göstərməkdir.

Biz Qarabağdan Ermənistan silahlı qüvvələrinin çıxarılmasını, qaçqınlarımızın Dağlıq Qarabağa qaytarılmasını, sərhədə özümüzün nəzarət etməsini, Azərbaycan dövlətinin bayrağının bu yerlərdə ucaldılmasını gözləyirik.

Düşmən və havadarları isə bu yüz gündə gələcək yüz günlərin deyil, gələcək yüz illərin planları üzərində siyasi gəlişmələrini davam etdirirlər. Azərbaycana həm Rusiya, həm də Minsk Qrupu “status “ sürprizləri hazırlayır.., hələ ki, siyasi mövzularda yazanların dili ilə. Ermənilərin mədəni muxtariyyatla heç cür razılaşmayacaqlarını deyənlər, anklavın üçüncü dövlətə verilməməsi şərtilə başqa dövlətin protektoratlığına verilməsini və bu dövlətin də Rusiya olacağını yazırlar. Bu hədəf onların xəyalları, arzularıdır. ABŞ-dakılar Deyton sazişi kimi razılaşmanı məqbul sayıralr, Fransa yeniləşmiş Madrid prinsiplərinə sadiq qalaraq referendumla müstəqillik əldə olunmasını tövsiyyə edir. Müharibədən əvvəl də bu cür “məsləhətləri” az eşitmədik, amma 44 günlük müharibə və düşmənin təslim olması, guya problem həll edən bu ölkələrin planlarını alt –üst etdi.

İndi də kifayət edər ki, 10 noyabr razılaşmasından irəli gələn müddəaları daha cəsarətlə gündəmə gətirib ilk növbədə düşməni, sonra da havadarlarını yerində oturda bilək. Yetər ki, daha qətiyyətli olaq, daha sərt olaq və yaranmış milli birliyə xələl gətirən addımlardan çəkinərək ilk növbədə xalqa, əsgərimizə, qardaş Türkiyəyə arxalanıb növbəti yüz gün ərzində suverenliyimizi de-fakto reallaşdıran konkret hərəkətlərə imza ataq. (moderator.az)

Ilham Ismayıl İlham İsmayıl
Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
Son xəbərlər
Bütün xəbərlər »