Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden və Netanyahu dialoqu davam etdirmək və birlikdə işləmək barədə razılığa gəldilər
Netanyahu

İsrailin Baş naziri Binyamin Netanyahu çərşənbə günü ABŞ prezidenti Cozef Baydenlə sülh razılaşmalarının inkişafını, İran təhlükəsini, regional çağırışları, həmçinin koronavirusun yayılması ilə mübarizəni müzakirə edib.

Bu barədə İsrailin baş nazirinin dəftərxanası bildirib.

"Netanyahu bu axşam (çərşənbə-red, 17 fevral – red) ABŞ prezidenti Co Baydenlə telefonla danışıb. Söhbət çox isti və dostluq şəraitində keçib və 1 saat yaxın davam edib”, - xəbərdə deyilir.

"Bayden və Netanyahu sülh razılaşmalarının gələcək inkişafını, İran təhlükəsini, regional çağırışları müzakirə ediblər, dialoqu davam etdirməyi və İsraillə ABŞ-ın arasında möhkəm ittifaqın gücləndirilməsini davam etdirmək üçün birlikdə işləməyi razılaşdırdılar”, - dəftərxanada əlavə ediblər.

ABŞ prezidenti və İsrailin baş naziri həmçinin koronavirusdan vaksinasiyanı və pandemiya ilə mübarizəni də müzakirə ediblər.

“The Times of Israel” qəzeti qeyd edib ki, bu, Baydenin ABŞ prezidentinin vəzifəsinin icrasına başladığı andan İsrailin baş naziri ilə birinci danışığı idi.(report)

Paylaş »
››› AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› İrəvanda mitinq iştirakçısı: “Şuşa da, Qarabağ da Azərbaycanındır” - Video
››› Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
››› Neft kəskin bahalaşıb
››› Ermənistan çıxış yolunu Azərbaycanda görür - Video
Son xəbərlər
Bütün xəbərlər »