Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran nüvə müəssisələrində təftişə dair müzakirələr aparılacaq
iran bayrağı

Fevralın 20-də Beynəlxalq Atom Enerjisi Agentliyinin (İAEA) baş direktoru Rafael Qrossi Tehrana səfər edəcək.

"Report" xəbər verir ki, bu barədə İranın Vyanadakı beynəlxalq təşkilatlarda səfiri və daimi nümayəndəsi Kazıb Qəribabadi tvitter hesabında bildirib.

Onun dediyinə görə, yeni tənzimləmə və irəliləyişlər çərçivəsində İranın İAEA ilə əməkdaşlıq sahəsində texniki məsələlərini müzakirə edəcək: “Daha əvvəl açıqlandığı kimi, yeni qanunun 6-cı maddəsi fevralın 23-dən qüvvəyə minir”.

İAEA-nın da verdiyi açıqlamaya əsasən, qarşıdakı səfərin məqsədi İranda zəruri yoxlama işlərinin davam etdirilməsi üçün yüksək rütbəli rəsmilərlə görüşüb ortaq nəticəyə gəlməkdir.

Açıqlamaya görə, İranın nüvə razılaşması çərçivəsində bir sıra tədbirləri 23 fevral tarixindən dayandırmaq niyyəti həmin ölkədə yürüdülən yoxlama və müşahidə fəaliyyətləri üçün ciddi əngəl yaradır.

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
Son xəbərlər
Bütün xəbərlər »