Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sarkisyan 5 milyard barədə: "Azərbaycan Paşinyana da pul təklif edib"
Nikol Paşinyan və Anna Akopyan

Ermənistanda iki ay əvvəl yayılmış səs yazısı ətrafında müzakirələr yenidən qızışıb.

Söhbət Belarus prezidenti Aleksandr Lukaşenko ilə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan arasında olduğu iddia edilən müzakirənin audioyazısından gedir. Həmin söhbətdə Lukaşenko Sarkisyana deyir ki, Azərbaycan Prezidenti işğal altındakı torpaqların geri qaytarılması üçün birinci mərhələdə 5 milyard dollar təklif edir. Sarkisyan isə bu təklifdən imtina edir və cavab verir ki, Azərbaycanın həmin ərazilərdən imtinası üçün 6 milyard ödəməyə hazırdır.

Serj Sarkisyan Serj Sarkisyan

Bizimyol.info xəbər verir ki, Serj Sarkisyan “ArmNews” telekanalına müsahibəsində bu məsələyə bir daha toxunub. Deyib ki, Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanla Azərbaycan arasında pul söhbətlərinin baş verməsindən şübhələnir.

“Mən istisna etmirəm ki, təslimçiyə (Paşinyanı nəzərdə tutur - red.) 5 milyard dollar təklif olunub. Hadisələrin inkişafı belə düşünməyə əsas verir. Bu şübhələr də əsaslıdır”, - Sarkisyan belə deyib.

Sözügedən səs yazısının yayılmasından sonra Ermənistanda bu mövzu ətrafında gedən müzakirələrdə səslənən fikirlərdən biri də bu idi ki, əgər Sarkisyanın 6 milyard dollarlıq sərvəti vardısa, niyə ordunun silahlanmasına xərcləməmişdi?

Keçmiş prezident müsahibəsində bu fikirlərə belə cavab verib: “Hesab edirəm ki, bu tezisi yayanlar, bu ittihamları səsləndirənlər mənim nə demək istədiyimi yaxşı başa düşürlər. Yeri gəlmişkən, mən Lukaşenkoya, daha doğrusu, Lukaşenko vasitəsilə Əliyevə müqavimət göstərəndə bu bizim aramızda həmin mövzuda ilk söhbət deyildi. Ondan əvvəl də elə söhbətlər olmuşdu”.

O, əlavə edib ki, Azərbaycan tərəfdən birbaşa özünə, yaxud Ermənistana heç vaxt pul təklifi olmayıb.

“Mənim demək istədiyim bu idi ki, Qarabağ bizim üçün alver predmeti deyil. Sizin şübhəniz var ki, Əliyev razılaşsaydı, biz 6 milyardı toplaya bilməyəcəkdik? Mən əminəm ki, qısa müddətdə 6 milyard dolları toplaya bilərdik. Əminəm, bütün zəngin vətəndaşlarımız, eyni zamanda, zəngin olmayanlar da bu məsələdə mənə dəstək verəcəkdi. Mənim cavabım zarafat deyildi, sadəcə, quru cavab idi. Demək istədiyim bu idi ki, alver etmək istəyirsinizsə, mən daha çox təklif etməyə hazıram”, - deyə Sarkisyan bildirib.

Keçmiş prezidentin fikrincə, buraxılmış səhvlər torpaqların Azərbacana verilməsilə nəticələndi: “Bu silsilə səhvlər ya bilərəkdən buraxılmışdı, ya da tamamilə məlumatsızlıqdan irəli gəlirdi. Biz bu məsələdə yekun nəticəyə gəlmək üçün obyektiv araşdırma aparmalıyıq. İndiki orqanlarla bu, mümkün deyil”.

Qeyd edək ki, hazırda Sarkisyana ünvanlanın ittihamlardan biri də budur ki, Aprel döyüşləri zamanı Azərbaycana rayonların qaytarılacağı barədə vəd verib və yalnız bundan sonra Azərbaycan əməliyyatları dayandırıb. İndi Ermənistanda bir çoxları hesab edir ki, əgər doğrudan da Azərbaycan pul təklif etmişdisə, qan tökülmədən razılaşmaq daha yaxşı olardı. Xüsusən də o halda ki, Aprel döyüşlərində Azərbaycanın üstünlüyü açıq şəkildə ortaya çıxıb və məlum olub ki, Azərbaycan tez-gec hərbi yolla öz ərazilərini qaytaracaq. Ermənistanda bir çoxları hesab edirlər ki, Sarkisyanın dikbaşlığı bütün Ermənistana baha başa gəlib və indi keçmiş prezident özünə haqq qazandırmağın yollarını axtarır. Bu dikbaşlığın ən ağır nəticəsi isə odur ki, Qarabağın statusu birdəfəlik "cəhənnəmə gedib".

Paylaş »
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Dünyanın ən mühüm nemətlərindən birində qıtlıq gözlənir
››› TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
››› “Avropa Birliyi Türkiyəni özünün vuran əli olaraq sistemin içinə çəkəcək”
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib
››› YAP-ın idarə heyətinin yeni üzvlərinin siyahısı
Son xəbərlər
Bütün xəbərlər »