Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aİ “Pfizer” və “Moderna” ilə ikinci müqaviləni imzalayacaq
Vaksin - peyvənd

Avropa Komissiyası (AK) Almaniyanın “BioNTech” və ABŞ-ın “Pfizer” şirkəti ilə Avropa İttifaqına (Aİ) əlavə 300 milyon doza COVID-19 peyvəndi tədarükü ilə bağlı ikinci müqavilə imzalayacaq.

“Report” xəbər verir ki, bu barədə səhiyyə və qida təhlükəsizliyi üzrə Avropa komissarı Stella Kiriakidis bildirib.

O, tvitterdə bu müqavilənin yanvarın 8-də əldə olunmuş razılıq əsasında imzalanacağını qeyd edib.

Xatırladaq ki, keçən il AK “Pfizer” ilə şirkətin 300 milyon doza peyvəndini 2021 sentyabr ayının sonuna qədər təchiz etməli olduğu önsifariş imzalayıb. Beləliklə, yeni müqavilə imzalandıqdan sonra AK bu şirkətdən 600 milyon doza preparat almaq niyyətindədir.

AK həmçinin ABŞ-ın “Moderna” şirkəti ilə yeni növ koronavirusa qarşı 300 milyon doza əlavə peyvənd tədarükü üzrə ikinci müqaviləni təsdiqləyib. Bu barədə AK prezidenti Ursula fon der Lyayen çərşənbə günü Brüsseldə keçirilən mətbuat konfransında bildirib.

O, Aİ-də artıq 22 milyon insana ilk dozada koronavirus peyvəndi vurulduğunu və bunun ümumi əhalinin təxminən 5 faizini təşkil etdiyini də söyləyib.

“Eyni zamanda 7 milyon insana iki doza peyvənd də vurulub”, - Ursula fon der Lyayen söyləyib.

Paylaş »
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
››› Dolların bahalaşması qızılı ucuzlaşdırdı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »