Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AİHM Rusiyadan Navalnının azadlığa buraxılmasını tələb edib
Aleksey Navalnı

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Rusiya hökumətindən müxalif blogger Aleksey Navalnının azadlığa buraxılmasını tələb edib.

APA-nın verdiyi xəbərə görə, AİHM haqqında reqlamentin 39-cu bəndini tətbiq edilməklə A. Navalnının həyatına təhlükə olduğu əsas gətirilərək müvafiq qərar qəbul edilib.

Dövlət Dumasının Dövlət quruculuğu və qanunvericilik Komitəsinin sədri Mixail Yemelyanov bildirib ki, ölkəsi bu qərarı icra etməmək hüququna malikdir: “Xüsusilə də konstitusiyaya son dəyişikliklərdən sonra bu qərarın icra olunmaması üçün hüquqi əsaslar formalaşıb. Belə ki, düzəlişlərdən birinə əsasən, beynəlxalq təşkilatların konstitusiya ilə bilavasitə ziddiyyət təşkil etdiyi qərarları icra olunmaya bilər. Biz də bu müddəadan istifadə edərək, qərarı yerinə yetirməyəcəyik”.

Qeyd edək ki, A. Navalnı yanvarın 17-də müalicə olunduğu Almaniyadan Rusiyaya qayıdarkən hava limanında saxlanılıb. Məhkəmənin qərarı ilə A. Navalnı 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› Ermənilər Azərbaycanla sərhədyanı bölgələri tərk edirlər
Son xəbərlər
Bütün xəbərlər »