Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Salyan-Biləsuvar yolunun yenidən qurulması üçün kredit ayrılacaq
Bank

Dünya Bankı Direktorlar Şurası mayın 25-də Azərbaycanda “Məhəlli bağlantılarının inkişafı” adlı yeni yol layihəsi üçün 65 milyon ABŞ dolları məbləğində kredit ayıracaq.

“Report” xəbər verir ki, ümmui dəyəri 95,8 milyon ABŞ dolları olan layihənin məqsədi Salyan-Biləsuvar yolu boyu təhlükəsiz, səmərəli, iqlim dəyişkənliyinə qarşı dayanıqlı hərəkəti təmin etməkdir.

Layihə dörd komponentdən ibarətdir. “Nəqliyyat hərəkəti” adlı birinci komponentin dəyəri 59,24 milyon ABŞ dollarıdır, əsas alt komponent (55,63 milyon dollar) adıçəkilən yolun 31,9-103,3 kilometrləri arasında bəzi hissələrinin ikinci dərəcə səviyyəsində bərpasını nəzərdə tutur.

2 milyon dollar dəyərində “Yol sektorunun dayanıqlılığı” adlı ikinci komponent intellektual nəqliyyat sistemlərinin tətbiqilə yol idarəçiliyinin təkmilləşdirilməsini, yoldan istifadə etmə haqqının elektron formatda ödənişi üçün müvafiq infrastrukturun qurulmasına texniki yardım göstərilməsini nəzərdə tutur.

“Yerli inkişaf və logistika” adlı üçüncü komponentin başlıca tərkib hissəsi yolboyu logistika və bazar obyektlərinin inkişaf etdirilməsini, bunun üçün kiçik sərmayələr yatırılması üçün pilot layihələrinin tətbiqini əhatə edir.

Dördüncü komponent də layihənin idarəetmə məsələlərini əhatə edir.

Paylaş »
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »