Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Armen Qriqoryan: "Apreldə Azərbaycan vədlərə görə dayandı"
Serj Sarkisyan

Ermənistanda 2016-cı ilin aprelində qarşıdurmanın o vaxt niyə dayandırılması məsələsi gündəmə gəlib. Belə iddialar səslənir ki, Ermənistanın o vaxtkı prezidenti Serj Sarkisyanın Azərbaycanı qane edən vədindən sonra rəsmi Bakı əməliyyatları dayandırmağa razılaşıb.

Bizimyol.info xəbər verir ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan belə bir açıqlama ilə çıxış edib. O, Azadlıq Radiosu-nun Ermənistan xidmətinə açıqlamasında bildirib ki, o zaman Sarkisyanın vədinin icrasıyla bağlı qrafik də müəyyənləşdirilmişdi.

“Aprel əməliyyatları Ermənistan tərəfdən verilən vədlərə görə dayandırıldı. Həmin vədlər özündə konkret qrafiki ehtiva edirdi. Qrafik də müəyyən müddət üçün müəyyənləşdirilmişdi – yay ərzində icra olunmalıydı. Yayda da silahlı qrup tərəfindən İrəvandakı polisin post-patrul xidmətinin bir alayı ələ keçirildi. Sarkisyan bundan istifadə edərək, vədlərin icrasını əvvəlcə 2017-ci ilin aprelinə qədər, sonra isə hakimiyyətin ötürülməsinə qədər təxirə saldı. Çoxsaylı vədlər verərək, Ermənistan üçün belə bir yük yaratmış bu adam postundan gedir və sonradan gəlib deyir ki, “mən imzalamağa hazır idim, mən filan addımları atacaqdım...” Mən açıq və birbaşa deyirəm, onların verdikləri vədlərə, yaratdıqları çıxılmaz dalanlara görə biz ciddi problemlərlə üzləşdik”,- Armen Qriqoryan belə deyib.

Bəs Sarkisyan 2016-cı ilin aprel qarşıdurmasında konkret hansı vədləri vermişdi? Bu suala Təhlükəsizlik Şurasının katibi belə cavab verib: “Yəqin ki, bunu Serj Sarkisyan özü dəqiq deyə bilər. Amma aprel əməliyyatları dayandırıldı və ardınca qrafik meydana gəldi. Vədlər həmin qrafik üzrə icra olunmalıydı”.

Sarkisyanın vədləri istənilən halda, Azərbaycan tərəfini qane edirdimi? Bu suala cavanında isə Qriqoryan bildirib ki, Azərbaycan o vaxt əməliyyatları dayandırdısa, deməli, vədlər onu qane edirdi.

Bu arada Sarkisyanın özünün də bəzi açıqlamalarından hiss olunur ki, Azərbaycan apreldə vədlərə görə dayanıb. Həmin vaxt Azərbaycan artıq aşkar şəkildə əraziləri azad etməyə başlamışdı, Ermənistan acizliyini dərhal anlamışdı, vəziyyətdən çıxmaq üçün vəd verilmişdi. Sarkisyan da təsdiq edib ki, Qarabağın statusu müəyyən olunmadan 5+2 qaydasında rayonların azad edilməsi müzakirə olunurdu.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
››› Nazir Baş direktoru işdən çıxardı
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› Sevgilisi başqası ilə nişanlanan 20 yaşlı gənc intihar etdi
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› İdman Akademiyasının tələbəsi intihar edib
Son xəbərlər
Bütün xəbərlər »