Şuşanı tərk etməzdən qabaq erməni hərbçilər şəhərdən Azərbaycanın maddi sərvət nümunələrini çıxarıblar.
“Armenpress” agentliyinin məlumatına görə, 20 fevralda İrəvanda Şuşadan aparılmış xalçaların sərgisi açılacaq.
Sərgi Tamanyan adına Milli Muzeydə təşkil olunacaq. Məlumata əsasən, sərgidə nümayiş etdiriləcək bütün xalçalar noyabrın 1-də Şuşadan çıxarılıb. Azərbaycan xanımlarının əl işi olan bu sənət nümunələrindən ən qədiminin 350 ildən çox yaşı olduğu bildirilir. Noyabrın 8-də Azərbaycan ordusu Şuşanı Ermənistanın işğalından azad edib.
İlhamə