Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın müharibə cinayətləri açılır: Köhnə Qarabağ klanının yeni planı
İrəvan, Ermənistan

Qarabağ savaşından məğlub kimi yenicə çıxan Ermənistan hazırda digər savaşın düz ortasındadır - hakimiyyət savaşı. Bu savaş da ən azı Qarabağ müharibəsi kimi Ermənistanın dövlət və cəmiyyət dayaqlarını sökməkdə davam edir. Çünki keçmiş qaniçən rejim – uzun illər xalqına yalan danışan, münaqişənin davam etməsinə və ermənilərin səfalət içində yaşamasına səbəb olan eks Koçaryan və Sarkisyan xuntası, köhnə Qarabağ klanı hər fürsətdə yaranmış vəziyyətdən istifadə etməyə çalışır. Onlar müharibədəki ağır məğlubiyyətin bütün məsuliyyətini hazırkı baş nazir Nikol Paşinyanın üzərinə atmağa cəhd edirlər.

Düzdür, Ermənistandakı bu hakimiyyət müharibəsi nə qədər soyuq olsa da erməni cəmiyyəti üçün o qədər qaynardır. Çaşbaş qalıblar. Seçim imkanlarını, 2018-ci ildəki kimi küçələrə axışıb kütləvi etiraz etmək həvəslərini itiriblər. Qarabağda aldıqları ağır travmanın təsirindən ayıla bilmirlər. Məhz belə bir mənəvi-psixoloji durumdan yararlanaraq yenidən hakimiyyətə gəlmək ehtirası ilə yanıb-tutuşan Koçaryan və Sarkisyan əllərindən gələni əsirgəmirlər.

Onlar Ermənistanın mövcud hakimiyyətini yarıtmazlıqda, səriştəsizlikdə günahlandırdılar, olmadı. Hətta satqınlıqda ittiham etdilər, alınmadı. Çünki Nikol Paşinyan hələ də hakimiyyətdədir. Yəni xalqın əli ilə onu devirmək planı işə yaramadı. İndi isə Nikolu beynəlxaq basqı altında saxlamağa və bu vasitə ilə onu hakimiyyətdən uzaqlaşdırmağa çalışırlar. Bunun üçün də ən yaxşı yol təbii ki, müharibə zamanı Ermənistan hakimiyyətinin törətdiyi hərbi cinayətlərin üstünü açmaqdır.

Necə ki, Serj Sarkisyan bu günlərdə bununla bağlı bir etirafda bulundu. Əminliklə bildirdi ki, ötən il Qarabağ müharibəsinin sonlarına yaxın Ermənistan ordusu Şuşaya "İsgəndər" raketi ilə zərbə endirib. Hətta vurğuladı ki, "İsgəndər"in istifadə olunması barədə dəqiq məlumata malikdir.

Eyni zamanda, S.Sarkisyan müharibə vaxtı erməni qoşunlarının Azərbaycanın neft-qaz kəmərlərinə zərbə endirməli olduğunu, amma cavab reaksiyası almaqdan qorxduqları üçün bunu etmədiklərini deydi.

O, həmçinin Gəncə şəhərində mülki binalara zərbə endirildiyini də etiraf etdi. Doğrudur, Ermənistanın bütün bu hərbi cinayətləri dünyanın gözü qarşısında baş verdi. Baxmayaraq ki, Ermənistan hakimiyyəti bunları danmaqda davam edir. Ona görə də eks-prezidentlərin bu kimi etiraflarla çıxış etməsi hakimiyyəti bir başqa tərəfindən vurmaq cəhdidir.

Bəli, Ermənistan hazırda mənəvi-psixoloji terrorun içərisindədir. Hakimiyyətdə olan Nikol Paşinyan isə yalnız Koçaryan və Sarkisyan üçün rəqib ola bilər. Ali Baş Komandan İlham Əliyevin dediyi kimi – Paşinyan bizim üçün heç kimdir, biz Koçaryan-Sarkisyan ordusunu məhv etmişik...

Odur ki, Azərbaycan üçün onların hər üçü də artıq heç kimdir!

"Trend" İnformasiya Agentliyi

Paylaş »
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
Son xəbərlər
Bütün xəbərlər »