“Lahıc bağlarının yaxınlığında olan daş karxanalarının fəaliyyəti yenidən araşdırılacaq”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsində yayımlanan “Ekspert saatı” verilişində bildirib.
O qeyd edib ki, o ərazilərin yaxınlığında olan evlərlə və həmin karxanalarla bağlı iş məhkəmə predmetidir və onlarla bağlı məhkəmə qərar verəcək.