Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Su kanalında balıqların nəslinin kəsilməsinə səbəb olan torlarla bağlı rəsmi açıqlama
Balıq

Sosial şəbəkələrdə “Şaqay” su kanalında qurulan və balıqların nəslinin kəsilməsinə səbəb olan torlar barəsində məlumatlar yayılıb.

İddia edilib ki, balıq satışı ilə məşğul olan şəxslər bu cür addım atır. Onlar balıq tutmaq üçün kanalın qarşısına tor qurur və suya müxtəlif maddələr tökürlər. Bundan sonra isə balıqlar boğulduğu üçün suyun üzünə çıxaraq tora düşürlər.

Məsələ barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə açıqlama verib.

Onun sözlərinə görə, “Şaqay” adlandırılan yerin rəsmi adı Baş Mil-Muğan kollektorudur:

“Mil-Muğan düzündən çəkilən kollektor drenaj sistemidir. 1984-cü ildə tikintisinə başlanılıb və kollektorun məqsədi drenaj sularının Xəzər dənizinə çatdırılmasından ibarətdir. Bu kollektor çox sulu sahədir, aktiv suvarma dövründə həmin sular çoxalır və oradan dənizə axıdılır, bəzi balıqlar da kürütökmə dövründə buradan istifadə edir. Bu səbəbdən burada balıq çox olur. Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən (2017-ci il 2 iyun, 243 nömrəli qərar) kollektorlarda sənayə balıq ovunun aparılmasına icazə verilir”.

O qeyd edib ki, “Şaqay” adlandırılan ərazidə “AzFish Farm” MMC-yə və üç fiziki şəxsə sənaye balıq ovunun aparılması üçün Bioloji Müxtəlifliyin Qorunması Xidməti tərəfindən rəsmi icazə verilib:

“Buna baxmayaraq, təəssüflə qeyd etmək lazımdır ki, keçici balıqların say və növ müxtəlifliyi bol olduğundan, həmin ərazilərdə qanunsuz balıq ovu etmək istəyənlərə rast gəlinir. Çünki icazələr məhdud sayda verilir. Bu baxımdan, brakonyerlər həmin sahələrə daha çox can atır ki, icazə verilməyən sahələrdə tor qursun, balıqları qanunsuz ovlasınlar.

Bununla bağlı biz diqqət mərkəzində olan bir çox ərazilərdə mütəmadi tədbirlər həyata keçiririk, hətta belə tədbirlərdən biri bir neçə gün qabaq Azərbaycan Həvəskar Balıqçılar İttifaqı ilə birlikdə keçirilib və oradan çoxlu sayda qanunsuz balıq ovu alətləri aşkarlanıb və ərazi nəzarətdə saxlanılır ki, orada qanunsuz ov həyata keçirilməsin”.

Paylaş »
››› Azərbaycan Zəngəzurda mühəndis işlərinə başlayıb - Gorusdan həyəcanlı açıqlama
››› Jirinovski yaxın aylarda başlayacaq böyük müharibə haqda: “Rusiya köməyə gələcək...”
››› Binəqədi İcra Hakimiyyətindən Eldar Əzizova ittiham: “O, rəy verib”
››› 15 qat baha qiymətə təyyarə bileti və ya AZAL-ın gəlirləri hara gedir…
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› ƏDV-ni geri alanlar üçün 10+10 aksiyası keçirilir
››› Paşinyanı qoruyan snayperlər telekanalın kamerasına düşüb - Video
Son xəbərlər
Bütün xəbərlər »