Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətə başlamasının 25 illiyi münasibətilə nərd yarışı keçiriləcək.
Bu barədə Bizimyol.info-ya yarışmanın əlaqələndirici şəxsi, şöbə müdiri Nazim İsmayılov bildirib.
Şöbə müdiri qeyd edib ki, yarışmada Palatanın üzvləri və auditorlar təşkilatının nümayəndələri iştirak edə bilər: “Fevralın 22-24-ü tarixlərində keçirilməsi nəzərdə tutulan yarışma yəqin ki pandemiyaya görə olmayacaq”.
Azərbaycan Respublikasının Auditorlar Palatası müstəqil maliyyə nəzarəti orqanıdır. Auditorlar Palatasının əsas vəzifəsi mülkiyyət formasından asılı olmayaraq bütün təsərrüfat subyektlərində maliyyə və mühasibat uçotunun dəqiq və dürüst aparılmasını təmin etmək məqsədilə respublikada auditor xidmətinin işini təşkil etməkdən və mövcud qanunvericiliyə uyğun olaraq onun inkişafı və fəaliyyətinin təkmilləşdirilməsi üçün tədbirlər həyata keçirməkdən ibarətdir.
Son zamanlar korrupsiya ilə əlaqədar hüquqpozmalara görə məmurların həbsi məsələsinin gündəmdədir. Məmurların fəaliyyətini yoxlayıb tədbir görülməməsinə görə tənqid olunan qurumlardan biri də Palatadır. Auditorlar şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizə, bütövlükdə, ölkə iqtisadiyyatının inkişafında auditin rolunun yüksəldilməsində yaxından iştirak etməlidirlər.