Türkiyənin Tunceli vilayətinin Pülümür rayonunda 4,1 bal gücündə zəlzələ olub.
Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Türkiyə vaxtı ilə 13:02-də qeydə alınıb. Zəlzələ ətraf bölgələrdə də hiss olunub.
Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur. Yeraltı təkanların əhali arasında təşvişə səbəb olduğu bildirilir.
Xatırladaq ki, son günlər Türkiyədə bir neçə zəlzələ qeydə alınıb.