Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
SOCAR: Azərbaycan ayrı-seçkiliksiz bir neçə mənbədən qazın tranzitini təmin etməyə hazırdır
SOCAR

Hazırkı mərhələdə SOCAR əlavə bazarlara çıxmağı və əlavə mənbələrdən qaz tranzitini təmin eləməyə, eləcə də Azərbaycanın qaz ehtiyatlarını inkişaf etdirməyi hədəfləyib.

"APA-Economics"in "S&P Global"a istinadən verdiyi məlumata görə, bu barədə SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov "Atlantic Council" tərəfindən təşkil olunmuş vebinarda deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi ayrı-seçkiliksiz bir neçə mənbədən qazın tranzitini təmin etməyə hazırdır. Gələcəkdə "Cənub Qaz Dəhlizi" (CQD) vasitəsi ilə Türkmənistan və İsraildən qazın nəqli həyata keçirilə bilər.

Nəsirov onu da qeyd edib ki, CQD-nin yaradılmasına planlaşdırılan 45 mlrd. dolların əvəzinə, 33 mlrd. dollar vəsait xərclənib.

Paylaş »
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Martın 8-nə olan hava proqnozu
››› Putinə evlənməyi təklif edən qadın prezidentin buna reaksiyasından danışdı
››› Səfir üzərindən Azərbaycana qarşı kampaniyanı kim təşkil edir - erməni izi...
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Külək Bakı-Qazax yolunda "Kamaz"ı aşırıb - Foto
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
Son xəbərlər
Bütün xəbərlər »