Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran, Rusiya və Türkiyə Suriya ilə bağlı birgə bəyanat yayıb
Suriya bayrağı

Rusiya, Türkiyə və İran Suriyanın İdlib bölgəsi ilə bağlı mövcud bütün razılaşmaların tam şəkildə həyata keçirilməsinin vacibliyi ilə bağlı razılaşıblar.

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Suriya ilə bağlı Astana formatında keçirilən 15-ci iclasın sonunda qəbul olunan yekun bəyanatda bildirilib.

“İdlib de-eskalasiya zonasındakı vəziyyəti ətraflı şəkildə araşdırdıq və İdliblə bağlı mövcud bütün razılaşmaları tam şəkildə həyata keçirərək sülhün bölgədə qorunmasının vacibliyini vurğuladıq”, - deyə ortaq bəyanatda qeyd olunub.

Rusiya, Türkiyə və İran Suriyanın müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiq olduqlarını bəyan ediblər.

Yekun bəyanatda bildirilib ki, Rusiya, İran və Türkiyə Suriya münaqişəsinin hərbi həllinin olmadığına inanır və münaqişənin Təhlükəsizlik Şurasının 2254 nömrəli qətnaməsi çərçivəsində BMT-nin köməyi ilə və suriyalıların iştirakı ilə uzun müddətli siyasi həlli prosesini dəstəkləməyə sadiq qalır.

Ortaq bəyanatda bu ölkələr İsrailin Suriyaya hərbi hücumlarını qınayaraq bildiriblər ki, bu cür hücumlar beynəlxalq hüquqa, beynəlxalq humanitar hüquqa ziddir və Suriyanın, habelə regionun sabitliyini təhdid edir.

Bəyanatda qeyd olunub ki, İran, Rusiya və Türkiyə Suriyada İŞİD və “Cəbhə-əl-Nusra” terror qruplaşmalarının tamamilə aradan götürülməsi istiqamətində bu regionda terrorla mübarizədə əməkdaşlığı davam etdirəcəklər. Moskva, Ankara və Tehran Suriya neftinin satışından əldə olunan gəlirlərin qanunsuz ələ keçirilməsini pisləyib.

Bəyanatda Suriya Konstitusiya Komitəsi ilə bağlı da məqama toxunulub. Bildirilib ki, İran, Rusiya və Türkiyə bu Komitənin fəaliyyətinə kənardan müdaxilələri yanlış hesab edir. Tərəflər Suriya ilə bağlı Astana formatında keçiriləcək 16-cı iclasın 2021-ci ilin ortalarında Nur-Sultan şəhərində keçirmək barədə razılığa gəliblər.

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Martın 7-nə olan hava proqnozu
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »