Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistanın pulları azərbaycanlılara xərclənib" - Sarkisyan ittiham olundu
Serj Sarkisyan

Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın müsahibəsində Dağlıq Qarabağ münaqişəsinin həll variantları haqda “qırmızı xətlə keçən” bir fikri gərginliyə səbəb olub. Sarkisyan deyib ki, münaqişənin həllilə bağlı müzakirə predmeti olan  bütün variantlarda “5+2” formuluyla rayonların qaytarılması məsələsi nəzərdə tutulmuşdu.

Bizimyol.info xəbər verir ki, parlamentində müxalif “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri olan Edmon Marukyan keçmiş prezidentin dediklərinə sərt reaksiya verib. O bildirib ki, belə müzakirələr getdiyi halda, həmin ərazilərə böyük pulların xərclənməsi çaşqınlıq yaradır.

“Əgər belə idisə, bütün mümkün həll variantlarında rayonların qaytarılması nəzərdə tutulurdusa, o zaman niyə Zəngilana, Qubadlıya milyonlarla dollar vəsait xərclənirdi? Niyə Araz çayının üzərində yeni qəsəbə salınırdı? Cəbrayıla niyə böyük pullar sərf olunub?”, - deyə Edmon Marukyan bildirib.

Müxalif siyasətçi vurğulayıb ki, həmin ərazilərə xərclənən vəsait Ermənistan vətəndaşlarının ödədiyi vergilər, diasporadan gələn pullar hesabına toplanmışdı.

“Belə çıxır ki, vətəndaşların vergiləri, diasporanın pulları Azərbaycana qaytarılmalı olan ərazilərə sərf olunub. Bu nə məntiqdir?

Başqa sözlə, biz o qədər zəngin idik ki, azərbaycanlılar üçün kəndlər, şəhərlər tikirdik? Bundan əlavə, Laçın və Kəlbəcər bölgələrində biznes mühiti yaratmaq, sahibkarlığı inkişaf etdirmək, hidroelektrik stansiyaların qurulması üçün yüz milyonlarla dollarlıq kredit portfeli ayrılmışdı. Əgər o rayonlar istənilən halda, Azərbaycana qaytarılacaqdısa, banklardan dövlət zəmanəti ilə belə böyük kreditlər götürməyin mənası nə idi? Paralel olaraq 5+2 formulu əsasında rayonların qaytarılması müzakirə mövzusu idisə, bu istiqamətdə danışıqlar aparılırdısa, bütün bu xərclər hansı məqsədlə çəkilirdi”, - deyə Marukyan özünün Facebook hesabında yazıb.

Xatırladaq ki, Serj Sarkisyan bir gün əvvəl “ArmNews” telekanalına müsahibəsində məhz Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün baş nazir postuna gəldiyini bildirmişdi.

Keçmiş prezident müsahibədə istər özü ölkəyə rəhbərlik etdiyi dövrdə, istərsə də onun prezidentliyindən sonra münaqişənin həllinə dair tərəflər arasında müzakirə olunan variantlar haqqında da danışıb. Onun sözlərinə görə, danışıqlarda Dağlıq Qarabağın müstəqilliyilə bağlı referendum keçirilməsinə razılıq verilməsi müqabilində ətraf rayonların Azərbaycana qaytarılması təklif olunurdu.

Qeyd edək ki, Azərbaycan heç bir halda, Dağlıq Qarabağın müstəqilliyinin tanınması və ya bu məqsədlə referendumun keçirilməsinə razılıq verməyib.

Paylaş »
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
››› Dünyanın ən mühüm nemətlərindən birində qıtlıq gözlənir
››› ABŞ Ermənistana Azərbaycanla dostluq etmək üçün pul ayırır
››› TamKart sahibləri ƏDV faizlərini 30 gün gözləmir
››› “Avropa Birliyi Türkiyəni özünün vuran əli olaraq sistemin içinə çəkəcək”
››› Karantin sərtləşdirilə bilər - Şöbə müdiri
Son xəbərlər
Bütün xəbərlər »