Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milli Məclisin Gənclər və idman Komitəsində görüş olub
Adil Əliyev

Fevralın 17-də Milli Məclisin Gənclər və idman komitəsində Vətən müharibəsinin iştirakçısı Məhəmməd Süleymanov və bir qrup idmançı ilə növbəti görüş keçirilib.

Görüşdə Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərlik etdiyi Şanlı Ordumuzun döyüş meydanında misli görünməmiş Qələbəsi barədə danışıb.

Söhbət zamanı döyüş və diplomatiya meydanlarında qazanılmış tarixi Zəfərlərimizin idmançılarımız tərəfindən davam etdirilməsinin zəruriliyi qeyd olunub, habelə beynəlxalq yarışlarda iştirak edəcək idmançılarla yanaşı, idman hakimlərinin yetişdirilməsinin, idmanın gənclərin və yeniyetmələrin həyat tərzinə çevrilməsinin vacibliyi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə ölkəmizdə idmana və idmançılara daim diqqət və qayğı göstərilməsindən, ölkəmizin dünyada müxtəlif beynəlxalq idman tədbirlərinin yüksək səviyyəli təşkilatçısı kimi tanınmasından məmnunluq ifadə edilib.

Sonda Vətən müharibəsi qazisi Məhəmməd Süleymanova və ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edən idmançıların bir qisminə Milli Məclisin Gənclər və idman Komitəsinin Fəxri Fərmanı təqdim olunub.

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Nazir Baş direktoru işdən çıxardı
››› Təcavüzdə ittiham olunan məşhur aktyor: “Mən neyləyə bilərəm ki?”
Son xəbərlər
Bütün xəbərlər »