Azərbaycanın Baş naziri Əli Əsədov bu gün Türkiyəyə səfər edəcək.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, səfər Türkiyənin vitse-prezidenti Fuat Oktayın dəvəti əsasında baş tutacaq.
Səfər çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ə. Əsədovu qəbul edəcək.
F. Oktay və Ə. Əsədov Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Komissiyanın IX iclası çərçivəsində Xarici İqtisadi Əlaqələr Qurumunun təşkilatçılığı ilə keçiriləcək və hər iki ölkədən 150 özəl sektor nümayəndəsinin qatılacağı Türkiyə-Azərbaycan İş Forumunun ümumi iclasında iştirak edəcəklər.
Türkiyə-Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Komissiyanın IX iclası isə fevralın 19-da keçiriləcək. F. Oktay və Ə. Əsədov komissiyanın iclasına qatılacaqlar.
Türkiyənin vitse-prezidenti və Azərbaycanın Baş nazirinin təkbətək və geniş tərkibdə görüşləri olacaq, bundan sonra iki ölkə arasında müqavilələr imzalanacaq.