Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı metropoliteni nə zaman açılacaq... - “Bu necə tədbirlərdir?”
Metro

Uzun müddətdir ki, Bakı metropoliteni pandemiya səbəbindən fəaliyyətini dayandırıb.

Ölkədə sərt karantin rejiminin ləvğ edilməsinə, bir çox iş yerlərinin və təhsil müəssisələrinin açılmasına baxmayaraq Bakı metropoliteninin fəaliyyətin bərpası ilə bağlı hər hansı bir rəsmi göstəriş yoxdur. Metro bağlı olduğu üçün insanlar digər nəqliyyat vasitələri olan avtobus və taksilərə üz tuturlar. Bu isə nəqliyyatın iflic vəziyyətə düşməsinə səbəb olur. Vətəndaşlar işə, məktəbə gedib-gəlməkdə çətinlik çəkirlər. Saatlarla dayanacaqda gözləməli, virusun tüğyan etdiyi bir vaxtda məcburiyyət qarşısında qalaraq basabas gələn avtobusa minməli və hətta mindikdən sonra da saatlarla tıxacda qalaraq işə, mənzil başına gecikməli olurlar.

Son günlər sosial şəbəkələrdə, eləcə də bir sıra kütləvi informasiya vasitələrində Bakı metropolitenində sərnişindaşıma fəaliyyətinin fevral ayının 15-də bərpa olunması ilə bağlı məlumatlar yayılsa da, bunun həqiqətə uyğun olmadığının şahidi olduq.

“Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətindən verilən məlumata görə, bununla əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah hələ heç bir qərar verməyib.

“Məlumat üçün onu da əlavə edirik ki, xüsusi karantin rejiminin tətbiq edildiyi pandemiya dövründə Bakı metropolitenində sərnişindaşıma fəaliyyəti yalnız Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar əsasında tənzimlənir. “Bakı Metropoliteni” QSC kütləvi informasiya vasitələrindən bununla bağlı məlumatları yayarkən, həmçinin geniş ictimaiyyətdən yalnız rəsmi mənbələrin məlumatına istinad etmələrini xahiş edir”, – deyə məlumatda bildirilir.

Eldəniz Cəfərov Eldəniz Cəfərov

Nəqliyyat eksperti Eldəniz Cəfərov Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, belə dövrdə həqiqətən də metronun işləməsində təhlükə var, lakin bu təhlükəyə baxmayaraq, metro qismən çalışa bilər. Onun sözlərinə görə, metronun çalışmaması Bakı şəhər əhalisinin işləyən hissəsi üçün böyük problemdir.

“Vətəndaşlarımız səhər işə getməkdə, axşam isə evə qayıtmaqda çətinlik çəkirlər. Hazırki dövrdə ictimai nəqliyyat da bu yükü daşımaqda çətinlik çəkir. Uzun illər bizim ictimai nəqliyyatımızda özbaşınalıq, nizam-intizamsızlıq olub. İnfrastruktur da çox pis vəziyyətdə olub. İndi biz yeni-yeni ictimai nəqliyyatı dirçəldirik. Bu dövrdə də metroların birdən-birə bağlanması təbbi ki, ictimai nəqliyyatın yükünü daha da artırır və problemlər yaranır. Düşünürəm ki, metroların qismən işləməsi mümkün ola bilər”.

Ekspertin sözlərinə görə, müəyyən şərtləri nəzərə almaqla, səhər və axşam saatlarında metroların işləməsi yaxşı olardı.

“Təklif edərdim ki, metrolara portralda qeydiyyatdan keçən və hazırda işləyən insanların buraxılması mümkün olsun. Vətəndaş əgər işləyirsə, həqiqətən də səhər işə, axşam isə işdən evə gələcəksə, onlar metroya buraxılmalıdır. Vacib deyil ki, metroya keçən zaman insanlar yoxlansın. Metro içəsində və hərəkət zamanı da yoxlamaq olar ki, sizin portalda qeydiyyatınız var ya yox. Mən təklif edirəm ki, bu problemi aradan qaldırmaq üçün qeyd etdiyimiz şərtlərlə metro çalışsın”,- deyə Eldəniz Cəfərov bildirib.

"Son günlər avtobuslarda dəhşət sıxlıqlar və yollardakı tıxaclar dözülməz hala çatıb. Belə olmaz. Bu necə əks-epidemik tədbirlərdir?"

Bu fikirləri həkim Aydın Əliyev "facebook" səhifəsində yazıb. O, nəqliyyat vasitələrinin azlığından gileylənib: "Heç bir məntiqə, elmə sığmır. İnsanlar küçələrdə, dayanacaqlarda soyuqdan titrəyə-titrəyə, əsə- əsə avtobus gözləyir, gələnə də minə bilmirlər. Avtobuslardakı sıxlıqlar yoluxmanı artırırmı? Əlbəttə ki, artırır. Karantin rejimi yumşaldıqca ictimai nəqliyyat vasitələri də ekvivalent olaraq artırılmalıdır. Yoxsa belə alayarımçıq iş olar? Təcili olaraq metro açılmalıdır. İnsanlar avtobuslardakı basabasdan bezib artıq. Bəzən mənzil başına 3 saata çatırlar",-deyə qeyd edib.

Leyla Mirzə

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »