Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bahalaşmanın arxasında məmurlar və deputatlar dayanır
Supermarket

Təqvimlə 2021-ci ilə daxil olduğumuz müddətdən bəri, istər kommunal, istərsə də ərzaq məhsullarının qiymətlərində artımlar müşahidə edilməyə başlayıb. Dünyanın qlobal böhrandan əziyyət çəkdiyi bir vaxtda, gündən-günə qiymətlərin artması insanların maddi rifahını olduqca aşağı səviyyəyə salıb.

Dünya bazarında qida xammalının qiymətləri yanvar ayında son 7 ilə yaxın müddətin ən yüksək həddinə çatıb. BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatına görə, ərzaq məhsulları ardıcıl olaraq 8 aydır bahalaşır.

Başlıca qida xammal məhsullarının beynəlxalq qiymətlərindəki aylıq dəyişkənliyi əks etdirən FAO indeksi 2021-ci ilin yanvar ayında 4,3 faiz artaraq 113,3 bənd olub ki, bu da 2014-cü ilin iyul ayından bu yana ən yüksək həddir. O cümlədən dənli bitkilərin ay ərzində 7,1 faiz bahalaşması daha çox qarğıdalının qiymətinin 11,2 faiz bahalaşaraq ötən ilin müvafiq dövrünə nisbətən 42.3 faiz yüksək həddə çatması ilə əlaqələndirilir. Buğda isə dünya bazarındakı böyük tələbat və mart ayından ixrac rüsumlarını ikiqat artırmağa hazırlaşan Rusiyadan ixracatın gözlənilən azalması ilə bağlı 6,8 faiz bahalaşıb.

Dünyadakı bu artımların əsas səbəbi hazırda yaşanan qlobal böhrandır. Azərbaycanda isə dünyadakı proseslər xaricində də qiymət artımı müşahidə edilməkdədir.

Azərbaycanda bahalaşmaya səbəb olan əsas amillərdən biri isə sahibkarların arxasında duran məmur və deputatlardır. Ölkədə əsas fəaliyyət sahələrinin məmurlar tərəfindən ələ keçirilməsi ilə azad sahibkarlıq məhv olub. Sahibkarlar arxasında duran insanlara güvənərək məhsulun qiymətini qaldırmaqdan heç çəkinmirlər. Bu da süni şəkildə bahalaşmaya gətirib çıxardır.

İqtisadçı alim Nazim Bəydəmirli Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, Azərbaycanda qiymət artımının dərin səbəbləri var. Onun sözlərinə görə, bu məmur sahibkarlığıdır.

Nazim Bəydəmirli Nazim Bəydəmirli

“Bazar iqtisadiyyatında qiymət artımı tələb və təklif üzərindədir. Son dönəmlərdə hökumətin enerji daşıyıcıları olan benzin, dizel yanacağının və suyun qiymətini qaldırmasının sahibkarlığa təsiri azdır. Ümumilikdə isə qiymət artımının daha dərin səbəbləri var. Bunlar məmur sahibkarlığıdır. Məmur sahikarlar da bir başa göstəriş vermir ki, qiymətlər artsın, amma o, bazarı və bu sahələrdə daha çox sahibkarın iştirakını məhdudlaşdırdığına görə onların diktə etdiyi qiyməti vətəndaş məcbur olub qəbul etməli və almalıdır.

Hazırda müxtəlif ölkələr özlərindən çıxan məhsullara məhdudiyyətlər qoyurlar və müxtəlif aksiz dərəcələri gətirirlər. Məsələn, Rusiyanın buğda, qarğıdalı və arpanın çıxışına, ixracına aksiz təqbid etməsi bizim kimi idxaldan asılı olan ölkələrə mənfi təsir göstərib və qiymət artıb”.

İqtisadçısının sözlərinə görə, əqiymət artımını sərtləşdirən amillərdən biri də Gömrük Komitəsinin apardığı distant siyasətdir. “Yəni Gömrük Komitəsi sahibkarın gətirdiyi malın bəyənnamə qiymətini əsassız olaraq şişirdir. Sahibkar haradansa mal tapıb ölkəyə gətirir və kontrakt əsasında malın qiymətini sübut edir. Məsələn, 100 dollara alıb və Gömrük Komitəsi isə deyir ki, xeyr bu malın qiyməti 200 dollardır. Nəticədə süni qiymət artımı əmələ gəlir. Sahibkar gömrük, vergi rüsumu, idxaldan əlavə dəyər vergisi ödədikdə onun qiyməti artır. Sahibkar da həmin vəsaiti maya dəyərinə yükləyir. Mal bazara çıxdığı zaman biz onu almaq məcburiyyətində qalırıq, çünki insanların tələbini qarşılamaq üçün ölkə daxilində kifayət qədər istehsal yoxdur. İdxaldan asılı ölkə olaraq, beləqiymət bahalaşmasından həmişə əziyyət çəkirik”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
Son xəbərlər
Bütün xəbərlər »