İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Rəqabət Məcəlləsi”nə dair qanun layihəsi ilə bağlı işlərə başlayıb.
Bizimyol.info xəbər verir ki, bunu qurumun rəis müavini Məmməd Abbasbəyli 2020-ci ilin yekunlarına həsr olunmuş konfransında çıxış edən zaman deyib.
“Azərbaycanda rəqabətin təmin olunması məqsədilə Rəqabət Məcəlləsinin qəbul olunması mütləqdir ki, məcəllənin təkmilləşdirilməsi üzrə görülən işlər artıq tamamlanıb. Bununla əlaqədar olaraq qanunvericilik prosesinə başlanılıb və layihə aidiyyəti qurumlara təqdim olunub. Ümid edirik, cari ilin sonunadək Rəqabət Məcəlləsi qəbul olunacaq”,-deyə M.Abbasbəyli bildirib.