Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Mövlud Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlanıb
Mövlud Çavuşoğlu

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun Azərbaycana səfər proqramı açıqlanıb.

APA-nın yerli bürosunun Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi xəbərə görə, M. Çavuşoğlu 18-19 fevral tarixlərində Azərbaycanda səfərdə olacaq.

Səfər çərçivəsində Türkiyə XİN başçısı Bakıda azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşəcək, Azərbaycan Prezidenti İlham Əliyev M. Çavuşoğlunu qəbul edəcək.

Eyni zamanda, Gürcüstan Baş nazirinin müavini, xarici işlər naziri David Zalkalianinin də iştirak ilə Türkiyə-Azərbaycan-Gürcüstan xarici işlər nazirlərinin 9-cu üçtərəfli görüşü keçiriləcək.

Türkiyə XİN başçısı gürcüstanlı həmkarı ilə də görüşəcək.

Görüşlərdə ölkələr arasında əlaqələr və regional məsələlərə dair fikir mübadiləsi aparılacaq.

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Novruz bayramında əfv sərəncamı gözlənilir: kimlər həbsdən çıxa bilər? - Açıqlama
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› Azərbaycanda ərzaq məhsullarında bahalaşma qeydə alınıbmı... - Açıqlama
››› Türkiyədə helikopter qəzasında şəhid olan hərbçilərin sayı artıb
Son xəbərlər
Bütün xəbərlər »