Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ağıllı kəndlər”i boş saxlayacağıqsa, pul tökməyə dəyməz
Ağıllı kənd, Ağıllı şəhər

Bir neçə gün əvvəl  prezident İlham Əliyevə ölkədə yaradılması planlaşdırılan “Ağıllı kənd” layihəsi təqdim edilib. Dövlət başçısı özü də bu layihəni dəstəklədiyini bildirdi. İşğaldan azad olunmuş bölgələrdə "Ağıllı kənd", "ağıllı şəhər" layihələri salmaq ideyası irəli sürülür.

Əslində yaxşı təkliflərdir. İndi həyata keçirilməsi arzu olunan konsepsiyasını həyata keçirmək üçün o regionda təbiət bizim üçün bütün şəraiti yaradıb. Ağıllı şəhərin əsas ağırlığı hansı enerjiyə söykənməsindən asılıdır. Alternativ enerji baxımından bəxtimiz gətirib. Maraqıdır ərazidə yaşayan vətəndaş ağıllı kənd və şəhərdən hansı xidməti alacaq? İdarəetmə necə həyata keçiriləcək, hansı sahələr ağıllılaşdırılacaq? Biz tələsmirik? İndiki yanaşma ilə mümkündürmü? O da milyonlar hesabına başa gəlib, məmur mənimsəməsi nəticəsində “kor” qalan "Nəqliyyatın intellektual idarəetmə sistemi" layihəsinin gününə düşməyəcək ki? Bu kimi fikirlər təbii ki, hər kəsi düşündürür, mətbuatda və sosial şəbəkələrdə geniş müzakirə olunur.Biz də istədik, “Ağıllı şəhər” və “Ağıllı kənd” layihəsi barədə mütəxəssilərin fikrini öyrənək

“İşğaldan azad edilmiş torpaqlarımızda bərpa deyil,  yenidən qurulma işləri aparılmalıdır”.

Bu fikirlkəri Bizimyol.info-ya verdiyi açıqlamada iqtisadçı Eldəniz Əmirov səsləndirib.

Eldəniz Əmirov Eldəniz Əmirov

“Əgər, biz Ağıllı şəhər texnalogiyasını azad edilmiş ərazilərimizdə tətbiq etməyi bacarsaq, ölkəmizin digər əraziləri üçün deyil, həmdə bütün region üçün təcrübə rolunu oynayacaq. Smart yaşayış məskənlərinin sosial infrastrukturunun yaradılması və idarəçiliyi smart cihazlar vasitəsilə əldə edilən məlumatlar üzərində qurulur. Bu, xüsusilə nəqliyyat infrastrukturunun əlçatanlığını təmin etmək, sosial xidmətləri yaxşılaşdırmaq baxımından daha üstündür. Planetin əhali artmı yaxın 50-60 il ərzində dünyada böyük sosial-iqtisadi gərginliklər yaradacaq. Bunun üçün idarə etmə vasitələrini, yaşayış kriteriyalarını, kommunal idarəçiliyi, infrastruktur sahələrinin təkmilliyini indidən düşünmək və maksimal “smart” davranışlar sərgiləmək lazımdır. “Ağıllı şəhər", "Ağıllı kənd"in konseptləşdirilməsi məsələsi isə bu smart davranışların əsasını təşkil edir. Smart yaşayış məskənləri, iqtisadiyyatın optimal idarə edilməsinə, ekosistemin qorunmasına, nəqliyyat sisteminin smart idarəçiliyinə, insanların təhlükəsizliyinə, tibbi xidmətlərin optimizasiyasına, alternativ enerji mənbələrindən səmərəli istifadəyə, məsafədən idarəedilən ev təsərrüfatlarına, zaman qədər dəyərli olan vacib kəmiyyətdən optimal istifadəyə və digər saymaqla bitməyəcək üstünlüklərə çixiş imkanı verir. Bütün bu söylənilən üstünlüklərin əldə edilməsi smart yaşayış məskənlərinin salınması ilə mümkündürsə, belə yayayış məskənləri isə öncədən düzgün ərazi seçiminin və bu ərazidə xırda kəndlərin, qəsəbələrin optimal təyinat üzrə birləşdirilmsindən başlamalıdır. Buna görədə işğaldan azad edilmiş ərazilərimizdə bərpa haqqında deyil, daha çox yenidən qurulma haqqında danışmalıyıq. Çünki bərpa ilə smart azad edilmiş ərazilərdə “ağıllı şəhər”, hətta “ağıllı kənd” adlanan müasir texnologiyalar tətbiq etmək mümkün deyil. Bu yalnız yenidən qurulmanən məhsulu ola bilər. Ən vacib isə bu yaşayış məntəqlərinin müharibədən əvvəlki formada deyil, daha kompleks olaraq salınmasıdır. Məsələn, elə ərazilərimiz var ki, orada 10 kəndi, elə coğrafi məkan var ki, orda hətta 20-25 kəndi bir böyük kompleks yaşayış məskəni daxilində yerləşdirmək olar. Bəzi hallarda isə bunu daha böyük komplekslər şəklində icra edilməlidir. Smart davranışlar isə bu kompleks yanaşma konsepsiyası daxilində daha effektiv olacaqdır. Çünki əhali kütləsinin daha böyük kompleklər daxilində məskunlaşması bizə imkan verəcək ki, orada smart konsepsiya daha üst səviyyədə hazırlansın və icra edilsin. Bu zaman xərclərin optimallaşdırılması, 4 istiqamətli əsas infrasturkturun daha səlis yaradılması, idarəetmənin effektliyiin artırılması və bir çox başqa üstünlüklər də əldə ediləcək. Bundan əlavə isə kənd təsərrüfatında və iqtisadiyatın digər sahələrində geniş istifadə etmək üçün daha çox ərazilər dövlətin və digər təsərrüfat subyetlərinin sərəncamında qalacaq. Bu isə iqtisadi dirçəlişin əsas hərəkətverici amillərindən biridir. Sonda isə daha bir vacib məsələni vurğulamaq istərdim ki, belə smart məntəqələr salınandan sonra onun perespektivləri çox ciddi şəkildə araşdırılsın. Əğər bu böyük layihə tamamlanıb real olaraq, insanlar üçün praktik yaşayış məskəninə çevrilməyəcəksə, sadəcə bu yaşayış məskəninin təyinatını dəyişəcəyiksə, belə bir yaşayış məskəni yaratmışıq deyə onu muzey kimi saxlayacağıqsa, o zaman bu istiqamətdə vasait xərcləməyə dəyməz”,- deyə Eldəniz Əmirov bildirib.

İqtisadçı Rəşad Həsənov hesab edir ki, ölkədə ümumi sistem bu layihəyə hazır olmasa o, korrupsiya mənbəyinə çevrilə bilər. İqtisadçı bizimyol.info-ya verdiyi açıqlamada fikirlərinə belə aydınlıq gətirib:

“Bunlar mücərrəd məhfumlardır. Məsələ nə qədər smartdan gedir. Əgər internet, telefon, bankomat və s bu kimi məqamlardan söhbət gedirsə, bu  onsuz da olmalıdır.  O zaman layihəni dövlət başçısına təqdim edənlər özləri məsələni böyüdürlər.

Yox əgər şəhərin idarə edilməsi, kommunal xidmətlərin avtomatlaşdırılması, nəqliyyatın intellektual idarə edilməsindən söhbət gedirsə bunun üçün tezdir. Xüsusi ilə kəndlərdə. Yəni bunu  nəqliyyyatın intellektual idarə edilməsi layihəsinin taleyi ilə də müqayisəd edə bilərsiniz. Sistem buna hazır olmasa mənasız xərc istiqaməti və korrupsiya mənbəyi olacaqdır. Yəni Şuşada robotun sizə bələdçilik etməsini gözləmək hələ çox tezdir”.

Polşada yaşayan həmyerlimiz, şəhər planlaşdırılması üzrə mütəxəssis Fuad Cəfərli bizimyol.info-ya  bildirib ki, “Ağıllı şəhər” və  “ Ağıllı kənd” ideyasını müzakirə edərkən hansı məskunlaşmanı nəzərdə tutduğumuzu, necə sistem yaratmaq istdiyimizi bilməliyik.

“Ağıllı kənd” deyəndə ənənəvi kəndin daha yaxşı, müasir  versiyasını nəzərdə tuturuq, yoxsa internetə inteqrasiya olunmuş variantını? İlk növbədə bu suala cavab verməliyik.

Hesab edirəm ki,  işğaldan azad olunmuş ərazilərdə kəndlərin qurulmasından bir az qaçmalıyıq. İnsanlar şəhər mühitinə daha çox  can atırlar.  Üstəlik, 30 il ərzində şəhərlərdə məskunlaşmış əhali birdən-birə kəndə qayıtmaq istəyəcəkmi? Dağıdılmış kəndlərin qurulması, infrastrukturunun yenidən  salınması milyonlara xərc deməkdir. Kəndlərin yenidən qurulması orda mütləq insanların məskunlaşmaq istəyəcəyi anlamına da gəlmir. İnsanlar habların olduğu, iş imkanlarının və xidmətlərin asanlıqla əldə edildiyi yerlərdə məskunlaşmaq  istəyirlər. Biz kəndlərimiz ekosistemə qaytara bilərik, kompakt kəndlər yaradıb, əvvəlki kəndlərin ərazilərindən turizm və kənd təsərrüfatı, əkin və heyvandarlıq üçün istifadə edə bilərik. Müəyyən strategiya qəbul olunmalıdır.  Ağıllı kəndi internetə inteqrasiya olunmuş kəndə çevirmək istəyiriksə  Avropa təcrübəsinə əsaslanaq. Ağıllı kənd ideyası əslində çox yeni bir tarixə malikdir. Avropanın cənubundakı zəif inkişaf etmiş kəndlərin xidmətlərə əlçatan olması üçün yaradılıb. Əsas məqsəd investorları ərazilərə cəlb etməkdir. Vergi sistemindən azad etməklə, təşviqedici tədbirlərlə investorlar bura rahatlıqla gələr. Ağıllı  kəndin əsas  ideyası elektron xidmətlərə kifayət qədər  geniş giriş imkanı verməkdir . Bu da uzun müddətdir dünyada müzakirələrə səbəb olan 5 G internetin varlığını tələb edir”,- deyə Fuad Cəfərli bildirib.

 İlhamə Rəsulova

Paylaş »
››› Yeni karantin “müjdəsi” - anlaşılmayan qərarlar
››› Ermənistan ordusunun polkovniki müharibə haqda sensasion məlumatlar açıqladı
››› “Əvvəl İsraildə səfirliyimizin açılmasına İran mane olurdu, indi isə…” – Sabiq XİN rəhbəri
››› Türkiyə həkimi Elmar Vəliyevin anlaqlı olmadığını təsdiqlədi
››› Mübariz Mənsimovun bacısı: “Çörəyini yeyib ona pislik edənlər oldu... İndi çox sevinirəm"
››› Yaşı 5-dən çox olan avtomobillərin idxalı dayandırılır: "Təbii ki, qiymətlər artacaq" 
››› Mübariz Mənsimov: "Mən sadəcə, dövlətə, şəhid ailələrinə, tələbələrə yardım etmişəm"
Son xəbərlər
Bütün xəbərlər »