Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Evdən oğurluq edən qadın saxlanılıb
Qadın - qandal - həbs

Bərdə rayon sakini E.Vəliyev fevralın 4-də Yeni Əyricə kəndində yerləşən özünə məxsus evdən xeyli sayda qızıl-zinət əşyalarının və 300 ABŞ dolları pulunun oğurlanması barədə Bərdə RPŞ-yə ərizə ilə müraciət edib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, müraciətlə əlaqədar olaraq Bərdə RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Səadət Nadirova saxlanılıb. Oğurlanmış 4 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl saat və 1 ədəd qızıl lirə maddi sübut kimi götürülüb. Dindirilmə zamanı S. Nadirova törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Paylaş »
››› Bakı Metropoliteni: Sərnişinləri qarşılamağa hazırıq
››› Sülhməramlıdan BBC-yə açıqlama: "Azərbaycan hər mübahisəli ərazi üçün axıra qədər gedəcək"
››› Almaniya və Rusiya arasında kəşfiyyat qalmaqalı
››› Azərbaycanda necə milyonçu olmaq olar: "Arxasında gözəgörünməz əl var"
››› Vladimir Jirinovski: Ermənistanı zorla Rusiyanın tərkibinə daxil etmək lazımdır...
››› Nazir Baş direktoru işdən çıxardı
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »