Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İqtisadçı: Neft qiymətlərində hazırkı artım tələbin yox, nikbinliyin nəticəsidir
Neft, qiymət

Neft qiymətlərinin kəskin ucuzlaşdığı, iqtisadiyyatı neftdən asılı olan ölkələrin öz iqtisadi siyasətlərinə yenidən baxdığı dövrdən sonra qiymətlərdə artımın müşahidə olunması təbii ki, ümidvericidir. Bəs qiymətlər hansı həddə qədər yüksələ bilər? Neft qiymətlərinin yenidən azalma riski varmı?

Bizimyol.info-nun suallarını SOCAR əməkdaşı, iqtisadçı Eldəniz Əmirov cavablandırır. E.Əmirov indiki artımı vaksinin təsiri ilə əlaqələndirib.

Eldəniz Əmirov Eldəniz Əmirov

“Hazırda neft qiymətlərində olan artım real tələbin artması ilə əlaqəli deyil. Peyvəndin müsbət təsirləri bütün dünya üzrə qeydə alınsa, tələbat 100 milyon barreli ötəcək. Bu isə neftin qiymətinin 60 dollardan aşağı enməsinə imkan verməyəcək. Amma bu o demək deyil ki, neftin qiyməti daha yüksək həddə qalxacaq. Hazırda praktik olaraq neftin istifadəsinə tələb artmayıb. Sadəcə, nikbinlik alıcılıq tələbini artırıb. Yaya doğru ola bilsin ki, qiymətlərdə yenə dalğalanmalar olsun. Başqa sözlə desək, koronavirusa qarşı peyvəndlə bağlı müsbət inkişafların yaratdığı nikbin gözləntilər ötən ilin sonlarına dogru neft qiymətlərində artım dinamikası yaratmağa başladı. Eyni zamanda bəzi ölkələrin könüllü istehsal məhdudiyyətləri tətbiq etməsi ötən ilin sonuncu rübündən başlayaraq neft qiymətlərinin təxminən 45-50 faizədək artrmasına səbəb oldu. İlin əvvələrindən isə bu biz bu artımın davamını görməyə başladıq. Çünki, peyvəndlə bağlı olan ümidlər daha real göründü və hətta bunun praktik istifadəsinə start verildi”.

Eldəniz Əmirovun fikrinə görə, əgər hasilat bugünkü səviyyədə saxlanılarsa, qiymətlərin yuxarı həddi ilin sonlarına doğru 65 dollara qədər yüksələ bilər. Neftin qiymətləri ilə bağlı proqnoz verən iqtisadçı ən yaxşı və ən pis ssenari barədə belə dedi:

“Lakin postpandemiya dövrü vaksinasiyasının müsbət təsirləri təsdiq edildikdən sonra, həm də neft hasilatı səviyyələrində də oxşar tendensiya gözlənilir. İlin birinci yarısında neft tədarükünün böhrandan əvvəlki səviyyələrdən çox aşağıda qalacağı, tələbatın artması fonunda isə tədricən yüksələcəyi gözlənilir. Bu isə qiymətlərin 60 dolları, ən yaxşı halda 62 dolları ötə biləcəyinə mane olan əsas səbəb olacaq. Odur ki, neft qiymətlərini üç senari üzrə təsniflatlaşdırsaq, 2021-ci ildə neftin orta statistik qiymətinin optimist senaridə 60-61, orta senaridə 55-56, pessimist senaridə isə 50 dollar ətrafında dəyişəcəyini gözləyirəm”.

Neft qiymətlərinin büdcə dəyişikliklərinə səbəb olub-olmayacağı barədə sualımızı iqtisadçı aşağıdakı kimi cavablandırdı:

“Xüsusilə vurğulamaq istəyirəm ki bu, dövlətin 2021-ci il büdcəsində nəzərdə tutulan neftin qiyməti üçün 3 senari - Optimist, Baza, Pessimist senariləri deyil. Hökumət 2021-ci ildə risk etməməyi və neftin qiymətini daha aşağı - 40 dollardan götürməyi qərara alıb. Cari ildə neft qiymətlərinin ən pis ssenari üzrə 50 dollar olacağı halda belə bu qiymət səviyyəsi büdcədə nəzərdə tutulmuş qiymətdən ən pis halda 25% çox olacaq. Orta ssenari üzrə isə bu qiymət səviyyəsinin 35-40 faiz daha artıq olma ehtimalı var. Çünki vaksinin təsirinin uğurlu nəticəsindən və bundan qaynaqlanan iqtisadi aktivliyin artması səbəbindən orta senarinin, yəni büdcədə nəzərdə tutulandan 40% artıq qiymət formalaşması büdcəyə yenidən baxılması ehtimalını yaradır. Amma bu ən yaxşı halda ilin üçüncü rübündə mümkündür. Lakin neft qiymətləriin bu formada artması infilyasiyay a səbəb olacagını düşünmürəm. Neft qiymətlərinin infilyasiya yaratması üçün onun qiymətinin ən azı 75 dollar üzərində olması lazımdır. Lakin düşünürəm k, bu il neftin qiymətini bu həddə görmək ehtimalı çox azdır”.

İlhamə Rəsulova

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »