Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden: Hər bir amerikalı iyulun sonuna qədər peyvənd ediləcək
Co Bayden

ABŞ-ın hər bir arzu edən vətəndaşı ancaq iyulun sonuna qədər yeni koronavirusdan peyvənd edilə biləcək.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Miluoki şəhərində (Viskonsin ştatı) ictimaiyyətlə görüşdə çıxış edən prezidenti Cozef Bayden bildirib.

"İyulun sonuna qədər bizdə 600 milyondan çox doza olacaq. Bu, hər kəsi peyvənd etmək üçün kifayətdir", - o deyib.

Bayden qeyd edib ki, onun administrasiyası birinci həftələr ərzində vaksin istehsalının əhəmiyyətli artımına nail olmağı bacarıb. "Bizdə mayın sonuna kimi vaksinin 400 milyon, iyulun sonuna kimi 600 milyon dozası olacaq", - prezident deyib.

ABŞ rəhbəri həmçinin peyvənd olunma infrastrukturunun inkişafında müvəffəqiyyətləri vurğulayıb. "Mən yenicə vəzifə tutanda digər problem insanlar idi, hansılar ki, bu peyvəndləri edə bilərdilər. Biz onların sayının artımında əhəmiyyətli müvəffəqiyyətlərə nail olduq, - o əlavə edib.

“Mən təqaüddə olan həkimləri və tibb bacılarını bu işə cəlb etməyə icazə verən fərmanı imzaladım. Biz prosesə təxminən min hərbçini cəlb etdik, Milli Qvardiyanı cəlb etdik və bununla bu miqdarı əhəmiyyətli dərəcədə artırdıq. Bundan başqa, peyvənd yerlərinin sayını əhəmiyyətli dərəcədə genişləndirdik", - Ağ Ev rəhbəri deyib.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »