Azərbaycan ərazisində növbəti zəlzələ baş verib.
Bizimyol.info xəbər verir ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, 17.02.2021-ci il tarixində yerli vaxtla saat 02:38-də Qazax stansiyasından 35 km şimal-şərqdə Tovuz rayonunda 3.4 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.