Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda mağazadan oğurluq edən şəxsin boğazına zəncir bağlanılıb
Daxili İşlər Nazirliyi

Bakıda oğurluq etməkdən şübhəli bilinən şəxsin boğazına zəncir bağlanılıb.

"Report" xəbər verir ki, bu barədə videogörüntülər sosial şəbəkələrdə yayılıb.

Qeyd edilir ki, yaşı təxminən 35-40 olan kişi mağazadan oğurluq edib. Lakin mağazanın sahibi həmin şəxsi tutub, boğazından zəncirlə bağlayaraq onun videosunu çəkib. Oğurluq edən şəxs hadisə vaxtı sərxoş olduğunu, həmin şəxsin onu bağışlamasını xahiş edib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti "Report"un sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkə seqmentlərində yayılan videogörüntülər araşdırılır:

"Hadisə Sabunçu rayonunda qeydə alınıb. Həmin şəxsin kimliyi müəyyən olunaraq, müvafiq polis orqanına dəvət olunub. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir".

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Paşinyanın “İskəndər”lə bağlı açıqlamasına Rusiyadan reaksiya
››› Ermənistanın Prezident Aparatı: Armen Sarkisyana təzyiqlər olunur
Son xəbərlər
Bütün xəbərlər »