Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Azərbaycanın UNESCO-dakı nümayəndələrinə təşəkkür edib
Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan UNESCO-da Yunus Əmrənin vəfatının 700-cü ildönümünün qeyd olunması ilə əlaqədar Azərbaycanın UNESCO-dakı nümayəndələrinə təşəkkür edib.

APA-nın xəbərinə görə, R.T.Ərdoğan Türkiyədə 2021-ci ilin “Bizim Yunus” ili olaraq elan edilməsilə əlaqədar keçirilən tədbirlər silsiləsinin açılış mərasimində danışarkən bunu bildirib.

Türkiyə Prezidenti deyib ki, Türkiyə Yunus Əmrəni bəşəriyyət üçün ortaq bir dəyər kimi təqdim etmək, eləcə də türk dilinin yaşamasında xidmətlərini dəyərləndirmək üçün, türk dilinin mədəniyyət dili olaraq doğru istifadəsinə dair ölkə daxilində və xaricdə silsilə tədbirlər keçiriləcək.

Türkiyə Prezidenti 1991-ci ilin UNESCO tərəfindən “Yunus Əmrə və sevgi ili” elan edilməsindən sonra bu il də UNESCO-da Yunus Əmrənin vəfatının 700-cü ildönümünün qeyd olunmasında xüsusilə Azərbaycan, Bosniya Herseqovina, Şimali Makedoniya və Özbəkistan təmsilçilərinin xidməti olduğunu bildirib.

Qeyd edək ki, 2021-ci il Türkiyədə “İstiklal marşı”, “Yunus Əmrə” və “Hacı Bektaş Vəli” ili elan olunub.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Putin tanınmış aktyoru Rusiya vətəndaşlığına qəbul etdi
››› Ermənilər Azərbaycanla sərhədyanı bölgələri tərk edirlər
››› İcra başçısının bacısı oğlu həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »