Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ceyhun Bayramov ATƏT-in həmsədrləri ilə Qarabağ bəyanatını müzakirə edib
Ceyhun Bayramov

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin nazir Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ilə video-konfrans formatında görüşünə dair məlumat yayıb.

XİN-dən “Report”a verilən məlumata görə, Ceyhun Bayramovun ATƏT-in Minsk Qrupunun həmsədrləri İqor Popov (Rusiya Federasiyası), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik ilə videokonfrans formatında görüşü keçirilib.

Görüşdə tərəflər bölgədə mövcud olan cari vəziyyəti, o cümlədən 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı məsələləri müzakirə ediblər.

Bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin edilməsi üçün etimadın bərpa olunması və əmin-amanlıq şəraitində birgəyaşayışın həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Paylaş »
››› AZAL-ın Rusiyaya bilet qiyməti hamını heyrətə gətirdi
››› Mübariz Mənsimov azadlığa buraxılır - Prokurordan təqdimat
››› Əmək Nazirliyinin fəaliyyəti ciddi sosial narazılıq yaradır
››› İrəvanda mitinq iştirakçısı: “Şuşa da, Qarabağ da Azərbaycanındır” - Video
››› Ermənistan ordusunun baş qərargahı daha bir bəyanat yaydı
››› Neft kəskin bahalaşıb
››› Ermənistan çıxış yolunu Azərbaycanda görür - Video
Son xəbərlər
Bütün xəbərlər »