Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Daha 106 erməni hərbçinin meyiti qarşı tərəfə verilib
Ermeni hərbi geyimi

Daha 106 erməni hərbçinin meyiti qarşı tərəfə təhvil verilib.

APA-nın verdiyi məlumata görə, meyitlər Füzuli rayonu istiqamətindən qarşı tərəfə qaytarılıb.

Məlumata əsasən, rusiyalı sülhməramlı kontingentin vasitəçiliyi ilə Azərbaycan tərəfi 44 günlük müharibədə həlak olan 106 erməni hərbçinin meyitini qarşı tərəfə təhvil verib. Erməni tərəfi meyitlərin kimliyinin müəyyən olunması üçün ekspertiza təyin edildiyini açıqlayıb.

Eyni zamanda, bildirilir ki, tərəflər 1990-cı illər müharibəsində həlak olanların qalıqlarının axtarışı və mübadiləsi üçün də səy göstərirlər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdən indiyədək 1318 erməninin meyitinin tapıldığı açıqlanıb.

Paylaş »
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
››› "Yoluxma sayının artmasını böyütməyək" - Professor
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Putin İranın ali rəhbərinin məktubunu cavablandırdı
››› Ərdoğan NATO-nun Baş katibinə təşəkkür etdi
››› Əsəb xəstəsi olan qadın oğlunu öldürdü
Son xəbərlər
Bütün xəbərlər »