“ABŞ və Avropa İttifaqının Rusiyaya qarşı sanksiya təhdidləri “manyakca”dır”.
“Qafqazinfo” xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərin suallarını cavablandırarkən dilə gətirib.
“Təəssüf ki, həm Brüssel, həm də ABŞ-da sanksiyalarla bağlı açıqlamalar manyakca və israrla səsləndirilir. Dialoqun davam etdirilməsi istiqamətində siyasi iradənin üstün olacağını və əlaqələrimizdəki ən çətin sualları dialoq vasitəsilə həll edə biləcəyimizə ümid edirik”, - Qərb ölkələrinin Rusiyaya qarşı təhdidlərini dəyərləndirən Peskov bundan məmnun olmadığını da əlavə edib.
“Əlbəttə, belə düşməncə təzahürlərdən qaynaqlanan potensial təhdidlər bizi davamlı olaraq səfərbər və hazırlıqlı olmağa məcbur edir.
ABŞ-ın digər ölkələrin xalqlarının taleyi və siyasi rejimlərin dəyişdirilməsi üzərindəki liderliyi isə hegemoniya qurmaq cəhdidi”, - Kreml rəsmisi deyib.