Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropada Rusiya və Çinə sanksiyalar hazırlanır
Çin KP baş katibi Si Tzinpin və Rusiya prezidenti Vladimir Putin

Rusiya və Çin getdikcə Qərb dünyası üçün daha çox yadlaşır. Avropada bu ölkələrə etibar xeyli azalıb. Qitənin böyük dövlətlərindən olan Böyük Britaniyada parlament hökuməti Rusiya və Çindən silahlı qüvvələr üçün hərbi avadanlıq almaqdan imtinaya çağırıb.

Bizimyol.info xəbər verir ki, “Independent” Böyük Britaniya parlamentinin icmalar palatasının müdafiə komitəsinin hesabatına həsr olunmuş yazı hazırlayıb. Burada aşağı palatanın, o cümlədən cəmiyyətin müdafiə sektorunun vəziyyəti ilə bağlı narahatlığı ifadə olunub.

Komitənin hesabatında deyilir ki, Çin son illər Birləşmiş Krallığın müdafiə sektorunda işləyən 9 şirkət yaradıb. Bunların arasında F-35 qırıcı təyyarələri üçün sxem lövhələri istehsal edən şirkətlər də var. Həmin 9 şirkətdən 6-sı üçün müdafiə sektoru əsas fəaliyyət sahəsidir. Komitə Müdafiə Nazirliyini investisiyası qəbul edilməli olan döst ölkələrin siyahısını yaymağa çağırıb: “Rusiya və Çin də daxil olmaqla bu siyahıda yer almayanların investisiyasına qadağa qoyulmalıdır”.

Böyük Britaniya Müdafiə Nazirliyinin iqtisadi təhlükəsizlik və təminat şöbəsinin direktoru Hyu Uolters komitə üzvlərinə məlumat verib ki, təmsil etdiyi qurum xarici investisiyalara isti yanaşır. Komitədə isə Çinin intellektual mülkiyyət oğurluğu ilə məşğul olduğunu düşünürlər. Hesabatda yazılıb ki, çinli tədarükçü ilə işləyən istənilən Britaniya şirkəti texnologiya oğurluğu ilə qarşılaşa bilər.

Komitənin hesabatında daha sərt ifadələrə rast gəlmək mümkündür. Məsələn, qeyd olunub ki, Kommunist Partiyasının idarə etdiyi daim oğurluqda adı hallanan Çin kimi ölkələr düşmən sayılmalıdır. Rusiya isə həmişə casusluqda ittiham edildiyinə görə “qara siyahı”ya salınıb.

Əks cəbhədə dayananların da öz arqumenti var. Xüsusilə Çini müdafiə edənlər Asiya dövləti ilə əməkdaşlığın vacib olduğunu bildirirlər. Onların arqumentinə görə, elektron avadanlıqların istehsalında istifadə olunan əksər metallar Çində əldə olunur. Buna görə də asiyalılarla işbirliyi qaçılmazdır. İcmalar palatasının müdafiə komitəsi isə Rusiya və Çinin bu sektora xoş niyyətlə baş vurmamasına əmindir.

Paylaş »
››› Hacıbala Abutalıbov Bakıdan köçüb
››› Martın 7-nə olan hava proqnozu
››› Avropaya açılan Naxçıvan dəhlizindən hansı ölkələr yararlanacaq...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Həkim yanlışlığı tanınmış vəkilin ayağının kəsilməsinə səbəb olub
››› Polis Sarkisyanın iqamətgahını mühasirəyə aldı
››› Aram Qabrelyanov: "Ermənistanda hakimiyyətə yeni Njde gələcək"
Son xəbərlər
Bütün xəbərlər »