Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Milyardlarla dolları Avropada "yuyan" Zaur Balayev istintaqa kələk gəlmək istədi
Zaur Balayev

Balayev (o, həm də Ruslan Barkovskidir) istintaqı aldadaraq məhkəməyə qədər azadlığa çıxmaq istəyib.

Virtualaz.org Rusiya mənbələrinə istinadən xəbər verir ki, Balayevin Çeçenistan rəhbərinin Ukraynadakı keçmiş xüsusi nümayəndəsi, adam oğulurğu, hədə-qorxu gəlmə yolu ilə pul tələb etmə və xüsusilə iri məbləğdə dələduzluqda ittiham edilən Ramazan Sitsullayevin işində fiqurantdır. O, 2019-cu ildə Polşadan Rusiyaya ekstradisiya olunub.

Anonim mənbələr bildiriblər ki, Ruslan Barkovski və ya Zaur Balayev müstəntiqlərə əməkdaşlıq təklif edərək çatdıracağı məlumatların əvəzinə ona dövlət tərəfindən mühafizə ayrılmasını istəyib. Deyilənə görə o, Sitsullayevi “satmağa” hazırlaşırdı. Belə ki, Balayev Moskva regionunda azərbaycanlı kriminal avtoritet “Rövşən Lənkəranski”nin (2018-ci ildə İstanbulda öldürülüb) klanının iştirakı ilə baş vermis “mafioz müharibələrin” gedişində törədilmiş qətllərin təşkilatçısısını və icraçılarının adını istintaqa təqdim etməyi vəd edib. Barkovski-Balayev əmin edib ki, Rövşən Canıyevi şəxsən tanıyırdı.

Müstəntiqlər təkliflə razılaşıblar, Barkovski-Balayev ifadə verib və onun işi ayrıca icraata götürülüb. Lakin onun təqdim etdiyi “dəlillərin” yoxlanılması zamanı məlum olub ki, qətllər barədə deyilənlər təsdiqlənmir. Ona görə də prokurorluq təqsirləndirilənin istintaqla sövdələşməsini təsdiq etməyib və Balayev-Barkovski həbsdə qalıb.

İstintaq hesab edir ki, Ruslan Barkovski “Delta Key” ödəmə sisteminin sahibi Andrey Novikovla və çeçen iş adamı Əli Zikriyevlə əlbirdir. Onların hər üçün pulların qanunsuz nəğdləşdirilməsində iştirak ediblər. Əməliyyatlardan birində 100 milyon rublun “itdiyini” görəndə Novikov oğurluqdan şübhələnib və Barkovskiyə müraciət edib. O isə Çeçenistan rəhbərinin Ukraynadakı səlahiyyətli nümayəndəsinin mühafizəçiləri ilə birlikdə Zikriyevi oğurlayıb və iki sutka evdə saxlayıb. Sonra “Zolotoe koltso” otelinə aparıblar və orada Zakriyev Sitsullayevin hüzurunda borcu etiraf edib, ödəməyə söz verib.

Hüquq-mühafizə orqanlarındakı mənbələr deyirlər ki, Barkovski xəyalət-adam hesab edilə bilər. Onun hansı familiya ilə doğulduğu hələ də məlum deyil. Rusiyada ilk dəfə 1990-cı ilərdə Zaur Balayev kimi peyda olub. Lakin başqa familiyaların yazıldığı pasportu da vardı. Dəqiq məlumdur ki, bu adam Rusiya, Ukrayna, Azərbaycan və İspaniya pasportları daşıyır.

Əməliyyatçılar Barkovskini nə zamansa yaxalayacaqlarından əllərini üzmüşdülər. O, uzun müddət Avropa ölkələrinin birindən digərinə keçib, müxtəlif familiyalar yazılan pasportlardan istifadə edib.

2017-ci ildə Barkovski Rusiyanın sorğusu əsasında Avstriyada həbs olunub, amma tezliklə iri girov əvəzində azadlığa buraxılıb. Ekstradisiya prosesi isə uzanıb. Gözlənilmədən 2019-c ilin yazında Barkovski Polşaya gedib və orada İnterpol tərəfindən həbs edilib. Varşava onun Moskvaya təhvil verilməsi haqda qərar verib, ekstradisiya həmin il baş tutub.

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »