Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biri o virusa desin ki....
avtobus

Əhalinin ən sıx yerləşdiyi şəhərdə Bakıda məktəblər açılsa da, metro açılmadı. Onsuz da işə gedib-gələn əhali sıxlıqdan narazı idi. Sıxlıq bir qədər də artdı. Pandemiya yeni elan ediləndə yəqin hamı xatırlayar - avtobuslarda yanaşı oturacaqlardan birini boş qoymaq tələb olunurdu.

Bir neçə gün yarıboş avtobuslarda can rahatlığı tapan insanlar hətta pandemiyaya, koronavirusa “uzunömürlü olsun” alqışı da etdilər. Və koronavirus həqiqətən uzunömürlü oldu. Di gəl rahatlığmızın ömrü o qədər çəkmədi. Kampaniya xarakterli addımlar başa çatan kimi qayıtdıq əvvəlki “mehriban” həyata. Hamı başladı avtousda “qucaqlaşmağa”. O qədər normal həyata döndük ki, bizlər müharibə, virus xəbərlərini kənara qoyub dayanacaqlarda avtobus gözləməkdən əsəbləri pozulan, avtobus yaxınlaşan kimi bir–birini dirsəkləyə-dirsəkləyə avtobusa girməyə çalışan, iki ayağını qoymağa yer tapmadığı üçün elə qaz kimi bir ayaq üstə getməyə başlayan sakinlərimiz barədə yazmağa başladıq. Biz başladıq, niyə əlavə avtobuslar xəttə çıxarılmır sualını da verdik. BNA–nın mətbuat katibi Mais Ağayev də sağ olsun bizi cavabsız qoymadı, dedi ki, “hazırda əksər küçələrdə sıxlıq var. Avtobuslar gecikməylə hərəkət edir. Ehtiyat avtobuslar da yollardakı vəziyyətə görə təyinat nöqtəsinə gecikməylə gəlir”.

Vəssəlam. Bircə BNA-dan bircə nəfər avtobuslarda burun- buruna dayanan insanlara toxunmayıb, metrolarda ilişməyə adam axtaran koronavirusa başa salsın ki, ümumiyyətlə sərnişindaşımadan uzaq dursun. Ayıbdı, zəhmət çəkib metrodakı adamlarımızla da uğraşmasın. Onlar da avtobuslardan düşüb metroya minənlərdir. Yəni canları bərkdir. Bu qədər stresə, əsəbə, bahalaşmaya, işsizliyə, imkansızlığığa dözüb ölməyiblərsə, koronavirus da onlara bir şey edə bilməz.

Həzərat, bizi öldürmək üçün başqa bir şey fikirləşin, bu kimi fəndlərə artıq öyrəncəliyik, sürünsək də, canımızı asan tapşıran deyilik.

İlhamə

Paylaş »
››› İcra başçısının azad olunmuş ərazilərdən yayılan videosu qalmaqal yaratdı – Video
››› "Yarım addım qalıb... Biz istəyəndə sülhməramlılar çıxıb gedəcək"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› Qalmaqallı generalın həbsdəki qardaşı haqqında yenə cinayət işi başlandı
››› İran 32 dövlətin vətəndaşına ölkəyə giriş qadağası qoydu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Paşinyan sərəncamını geri qaytaran Sarkisyanı tənqid etdi
Son xəbərlər
Bütün xəbərlər »