Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nazirlik ilk dəfə sosial rifahın göstəricisi olan əməkhaqqını açıqladı - Ekspertdən şərh
Toğrul Vəliyev

Ölkədə ictimai rifahın daha dəqiq ölçüsü olan median əməkhaqqı açıqlanıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, son üç ildə median əməkhaqqı 66% (o cümlədən dövlət sektoru üzrə 85%, özəl sektor üzrə 36%) artaraq 343 manata çatıb.

Bizimyol.info xəbər verir ki, mütəxəssislər bu göstəricini sosial baxımdan daha ədalətli hesab edilir.

Əməkhaqqının sosial ədalətli bölgüsünün göstəricisi olan median əməkhaqqının üç ildə cəmi 66% artmasında da minimum əməkhaqqının son üç ildə 2 dəfədən çox artaraq 250 manata yüksəldilməsi, dövlət sektorunda çalışanların, yəni büdcə işçilərinin maaşlarının artımı rol oynayıb.

“Bu gün maraqlı hadisə baş verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi demək olar ki, ilk dəfə onların sahəsinə aid olan göstəricini dərc edib. Bu da median əməkhaqqı səviyyəsidir. Məlum oldu ki, məşğul olan əhalinin 50%-i (yəni 840,8 min nəfər) 343 manatdan aşağı maaş alırlar. Minimal əməkhaqqı 250 manat olduğunu nəzərə alsaq, görə bilərik ki, 840 min insan 250-343 manat arasında maaş alır”,-deyə iqtisadçı-ekspert Toğrul Vəliyev bildirib.

Ekspert qeyd edib ki, Dövlət Statistika Komitəsi ictimaiyyətə yalnız orta aylıq nominal əməkhaqqı barədə məlumat verir: “2020-ci ilin nəticəsinə görə onun səviyyəsi 707,3 manat təşkil edib. Amma bu orta əməkhaqqıdır. Real vəziyyəti başa düşmək üçün biz digər göstəricilərdən istifadə etməliyik. Onlardan biri də median əməkhaqqı səviyyəsidir. Median o deməkdir ki, iqtisadiyyatda çalışanların 50% ondan aşağı, 50% isə ondan yuxarı əməkhaqqı alır. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilk dəfə bu rəqəmi açıqlayıb. Deməli 2020-ci ildə orta əməkhaqqı səviyyəsi 707,3 manat olduğu halda, median əməkhaqqı səviyyəsi 343 manat idi. Başqa sözlə reallıqda muzdlu (yəni maaş alan) işçilərin yarısı 343 manatdan aşağı maaş alırlar. Bu isə orta əməkhaqqının 48,5%-dir”.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »