Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tofiq Zülfüqarov: “Qarabağda qalan ermənilər bizim ermənilərdir”
Tofiq Zülfüqarov

Qarabağda rusiyalı hərbçilər, Azərbaycan tərəfinin nümayəndələri və Araik Arutunyanın iştirakı ilə keçirilən görüş və bu görüşdə Arutunyanın tərəf kimi iştirakı cəmiyyətdə müəyyən narahatlıq və müzakirələrə səbəb olub.

Sabiq Xarici İşlər naziri Tofiq Zülfüqarovun fikrinə görə, hazırda Qarabağda yaşayan ermənilərin öz dövlətinə, yəni Azərbaycana reinteqrasiya prosesi aparılır. Buna görə də narahatlıq keçirməyə əsas yoxdur.

“Xalqımız müharibəni zəfərlə başa vursa da, psixoloji məqamlardan uğurla keçə bilmir. Biz vəziyyəti belə başa düşməliyik: Azərbaycan öz ərazisində kompakt yaşayan erməniləri öz dövlətinə reinteqrasiya prosesini həyata keçirir”,- deyə o Bizimyol.info-ya verdiyi açıqlamada qeyd edib.

“Biz hər məslədə öz dövlətimizin varlığını həmin ərazilərdə hiss edirməliyik. Müəyyən reallıqlar da var. Manelər, çətinliklər də yox deyil. Biz reallığa uyğun olaraq öz ərazilərimizd nəzarəti bərpa edirik. Prosesə Türkiyə və Rusiyanı dəvət etmişik. Amma öz ərazimizdə olan vətəndaşlarla məsələni Ermənistanla deyil, özümüz həll edirik. Ermənistan sərhədin o tərəfindədir. Qarabağdakı erməni bizim ermənidir, sərhədin o tərəfində qalan da Ermənistan vətəndaşlarıdır”.

O ki qaldı görüşün məqsədinə, bu sırf texniki məslələri ehtiva edən bir görüş olub.Başqa cür mümkün deyil. Belə görüşdə nə siyasi müzakirələr ola bilər, nə də hər hansı bir hərbi aspektdən yanaşma.

Sadəcə su, elektrik enerjisi ,meyitlərin qaytarılması, yol, təhlükəsizlik, daşımalar və s. bu kimi texniki məsələlərin müzakirəsi aparılmış ola bilər və bu mütləq olmalıdır. Təmaslar keçirilmədən hər hansı ortaq nəticəyə gəlmək mümkün deyil. İndi bizim insanlarımızı Xankəndində, Xocalıda bayraqlarımızın olmaması narahat edir. Amma addım – addım hər şeyə nail olunacaq. Xocalıda hava limanı varsa orda bizim gömrük xidməti, polisimiz, hərbiçilərimiz və digər əlaqədar qurumlar olmalıdır. Keçirilən görüşlərlə bağlı əhaliyə məlumat verilməli, mətbuat konfransları keçirilməlidir ki, suallar yaranmasın.İnsanlarımız baş verənlər barədə Ermənistan mediasından oxuyub təlaşa düşməsinlər.Qarabağda zəfər çalındıqdan sonra görüləcək işlər daha çoxdur. Bu kimi məqamlar nəzərə alınmasa insanların gərginliyinə son qoyulmayacaq”,- deyə politoloq qeyd edib.

İlhamə

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› “İsgəndər” raketi Bakı üzərində vurulub - Britaniya mətbuatının məlumatı - Video
››› Bu ay yeni bahalaşma dalğası gözlənilir
Son xəbərlər
Bütün xəbərlər »