Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bioenerji vasitəsilə çarəsiz dərdləri sağaltmaq mümkündürmü... - Tanınmış həkim
Nazlı Çələbi

Alternativ tibbin tarixi çox qədimdir. Qədim papiruslarda,daş kitabələrdə insanların bir başqasını sağaltmaq üçün əllərini onun üzərində gəzdirmə təsvir olunub.

Qədim Çin,Tibet, Misir, Hindistan, Mesopotamiya, Şumer mədəniyyətlərində bionerji ilə şəfa vermək, kahinlər və şamanlara xas ali xüsusiyyət kimi bilinirdi. Əslində isə qədim insan görünür özünü , təbiəti və kainatı bizdən daha yaxşı qavrayıb. Bu günkü müsahibim bioenergetika, parapsixologiya və kosmoenergetika üzrə mütəxəssis, fitoterapevt Nazlı Çələbidir.Öncə onu vurğulamaq istəyirəm ki, bu müsahibə reklam xarakteri daşımır, bilməyənlərə bioenergetika dünyası barədə məlumat vermək məqsədi daşıyır.

- Nazlı xanım öncə istərdim bizə bionergetika və kosmoenergetikanın bilinməyən yönləri barədə məlumat verəsiniz.

- Bioenergetika və kosmoenergetika əslində eyni anlayışlardır. İnsan kainatdakı böyük enerjinin bir hissəsidir və baş verən bütün proseslər bizə təsirsiz ötüşmür. Biz özümüzü dərk etsək necə gözəl və mühüm funksiyamızın olduğunu bilərik. Heyf ki, gündəlik məişət problemləri bizim özümüzü qavramağımızın qarşısını alır.Alternativ tibbin ən böyük bölümlərindən biri də bioenerji-biomaqnetizmdir. Hər hansı bir səbəblə çakralarda enerji mübadiləsində pozulma, Kenrak sistemində qapanma,aurada pozitv-neqativ natarazlıq meydana gəlincə insan xəstələnir və dərmanını ənənəvi tibbdə axtarır. Halbuki çarəsi altenativ tibbdə daha ucuz , daha asan başa gələ bilir. Bioenerji-biomaqnetizm prosedurunun həyata keçirilməsi ilə.

- Çoxlarından eşidirik, deyirlər, filankəsin əlində biotok var, əli şəfalıdır . İstənilən şəxs bioenerji ilə müalicə edə bilərmi?

- Müalicə etmək üçün mütləq şəkildə tibb təhsili lazımdır. İnsan orqanizminə bələd olmaq , tanımaq vacibdir. Mən ixtisasca pediatram. İkinci təhsilimi Moskvada almışam. Paraspsxologiya, astrologiya və bionergetika üzrə. İstanbulda bioloji təbabətdən 2 il dərs demişəm. Bioterapevt və ya kosmoterapevtlər mütlıəq öncə ənənəvi tibb təhsili almalıdırlar. Mənim bu istiqamətdə dərs aldığım həkim və professorlar da uzun illər ənənəvi tibb sahəsində çalışmış mütəxəssislərdir. Yəni bizlər mütləq şəkildə insan orqanizminin incəliklərini bilməliyik. İstənilən xəstəlik istər psixi olsun, istər fiziki birinci diaqnostika edilməlidir. Diaqnoz ənənəvi tibbi yollarla qoyulur. Ümumiyyətlə, xəstəni dinləyərkən birinci onun hansı fiziki xəstəliklərinin olması, sonra psixoloji statusunu araşdırırıq. Hətta yaşam şəraitinin, mənəvi problemlərinin belə insan orqanizminə təsiri var. Bizi öyrədiblər bir dərman yazaq sağalsın. Xəstələr də çox zaman bunu istəyir. Halbuki bir xəstəlik insanda birdən-birə meydana gəlimir. Onun özünü xəstəlik formasında göstərməsi üçün müəyyən zaman keçir. Odur ki müalicə də bir iki gün içində olmamalıdır. Biz xəstəliyi aşkarlamalı, orqanizmi təmizləməli, daha sonra əvvəlki rahat vəziyyətinə gəiirməliyik.Bunun üçün də 3 ay müddət lazım gəlir.

- Psixoloji xəstəliyi olan adamlara da müalicə edirsinizmi?

- Bəli, olunur. Amma tamam başqa istiqamətdə. Onların öz dili var. Xəstəni razı saldıqdan sonra onlarla işləmək olur.

- Bioenerji ilə müalicə necə aparılır?

- Əslində hər şeyin bir enerjisi vardır.Bioenerji canlının yaşam,həyat enerjisi deməkdir.İnsan yaşadığı müddətcə bioenerji onunla bərabərdir. Avtomobil, cib telefonu və s. akkumlyatoru və ya batareyası boşaldığı zaman işləməz. İçərisindəki naqillərdə qopma,qırılma olduğu zaman funksiyaları pozular.İnsan da bütün sistemlərilə şüurlu, mükəmməl canlı aparatdır.Normal fəaliyyət göstərməsi üçün bioenerji sistemi tarazlıqda olmalıdır. İnsan daima kainatın enerji mübadiləsinin təsir dairəsi içərisində yer almaqdadır. İnsan orqanizmi də ən alt səviyyədə enerji toplusundan ibarətdir.Alternativ tibbə insanın 7-ə qədər bədəni olduğu bəllidir (fiziki,astral,efir,mental və s.).Eyni zamanda bu bədənlərdə daima fiziki və kimyəvi proseslər baş verir. Nəticədə canlının ətrafını atmosfer kimi əhatə edən maqnit sahəsi yranır.Bu sahəyə aura deyilir. Aurada negativ və pozitiv enerji tarazlıqda olmalıdır ki,insan özünü sağlam hiss etsin.Vücudun xarici mühitlə möhtəməl enerji mübadiləsini çakralar həyata keçirir.Biz öz enerjimizlə insana toxunmadan onun çakralarını masaj edirik, 7 qat cisminə toxunmadan “ toxunuruq” rahatladırıq.İnsan orqanizmində enerji axımı normala düşərsə o sağalacaq və orqanizm özü özünü sağaldacaq. əslində heç bir həkim xəstəni sağaltmır. İnsanı sağaıdan onun beynidir, beyninin inamıdır. Biz yarandığımız gündən orqanizmimizi öldürməklə məşğuluq. Susayırıq, su içmirik, meyvə şirəsi içirik, çay içirik, alkoqollu içkilər içirik, və ya filtrdən keçmiş, qaynadılmış su içirik. Halbuki orqanizmimizin sadəcə təbii suya, minerallarla zəngin suya ehtiyacı var. Heyvanlarda bu hissiyat özünü daha çox qoruyub saxlayıb.

- Bionerji müalicədə hansısa dərmanlardan istifadə olunu?

- Kəskin iltihabi proses varsa öncə dərman müalicəsi lazımdır. Əvvəlcə xəstəlik ocağını söndürürük (dərman, pəhriz bitki müalicəsi) Əks halda bionergetika ilə işləmək təhlükəli ola bilər.Ona görə öncə dərman müalicəsi yazılmalıdır. Əgər kəskin he bir fizioloji problemi yoxdursa dərmanlara gərək qalmır.Ondan sonra çakraları yoxlayıram.Bunun üçün hər bionergetikin öz aləti var . Mən dağ büllurundan istifadə edirəm.

- Siz onu bizə göstərə bilərsiniz?

- Yox, onu göstərsəm müxtəlif nəzərlərlə, baxışlarla bülluru zədələyə bilərəm.Onu ortaya qoymaq olmaz.Onu göstərişə qoysam çoxlu nəzərlər baxacaq və onda olan enerjini söndürə bilərlər.Mən hər seansdan sonra onu xüsusi rituallarla təmizləyirəm.

- Belə çıxır ki, gözə nəzərə inanırsınız?

- Nəzər enerjidir.Gözdən şüalar çıxır və eyni zamanda gözə də şüalar daxil olur ki, bu şüaların beyinə ötürülməsi nəticəsində biz görürük. İnsan əslində gözü ilə deyil beyni ilə görür. Bizim gözlərimiz, baxışımız, fikirlərimiz əslində çox təhlükəli ola bilər.Bu çox dərin mövzudur. Müəyyən səbəblərdən bədəndə toplanan pozitiv və ya neqativ enerji münbit şərait yarananda insanın baxışından vulkan kimi püskürə bilər. Gözlər ruhi funksiyaları və beyin gücünü ən rahat və ən təsirli şəkildə istifadə edə bildiyimiz orqanlarımızdı. Elm adamlarının da təsbit etdikləri kimi, göz yoluyla da hipnoz hadisəsini reallaşdırmaq mümkündü. İnsan beynində bir mərkəz var və görmə mərkəzi ilə bərabər çalışır. İnsan ən çox təəccüb edərkən, o mərkəzdə qıcıq oyanır. Çünki insan bir şeyi görəndə, o beyinə gəlir və qıcıq zamanı orada aktiv enerji oyanması gedir və göz vasitəsilə bu enerji ötürülür. Bu enerji insanın üzərinə gələrkən, birinci onu əhatə edən auraya rast gəlir. Aura pozitiv bioenerji sahəsidir, gözdən gedən mənfi enerji auranı zədələyirsə insan xəstələnir. İnsan bədəninə daxil olan həmin mənfi enerji xoşagəlməz hisslərin yaranmasına gətirib çıxarır. Bionerji yoluyla biz auranın zədələnmiş nöqtələrini bərpa edirik ki, insan orqanizmi özünü qoruya bilsin. Tibb elmi də xüsusi cihazlar vasitəsilə hər bir insan orqanizmi ətrafında təxminən bir metr məsafədə maqnit sahəsi kimi bir sahənin varlığını təsdiq edib.Yəni bunlar sadəcə boş söhbətlər deyil.

- Bioenerji yoluyla gənc qalmaq, gəncləşmək mümkündür?

- Bəli mümkündür.

-Bəs qadınları hər zaman düşündürən bir sual. Bu üsulla arıqlamaq mümkündürmü?

-İnsanlar əslində dərk etməlidirlər ki, onlar arıq yox, sağlam olmağa çalışmalıdırlar. Sağlam insanın bədəni isə onsuz da yaxşı formada qalır. Bu o deməkdir ki, metobolizma sürətlə çalışır və insan çox böyük cəhdlər göstərmədən arıqlaya bilir.Özümüzü daim müsbət fikirlərlə müsbət enerjidə saxlamalıyıq. Gözəl düşüncə, gözəl niyyətlə.

Bizim gördüyümüz hər şey qatışalmış sıxlaşmış enerjidir. Ruh özlüyündə fiziki oaraq heç bir hadisəyə qarışa bilmir. Amma insan bədəninə daxil olduqdan sonra o beyinlə əlaqəyə girib möhtəşəm bir varlıq yaradır. Insanı

- Beyin və ruh ayrı ayrı məvhumlardır o zaman?

- Bəli. Beyin fizikidir görürük, toxunuruq, o məhv ola bilir. Ruh enerjidir. Dağılmır. Beyin maddədir ruh enerjidir.

- Məsafədən müalicə edə bilirsinizmi?

- Olar, amma o qədər də effektiv olmaz.

- Doktor, öz xarakteri çətin, enerjisi qara olan həkimlər xəstəni sağaltmaq əvəzinə xəstələndirə bilər?

- Bəli bu mümkündür. Həkim eyni zamanda özü də xəstədən biomasaj vasitəsilə aldığı qara enerji nəticəsində xəstələnə bilər. Gərək peşəkar yanaşması ola.Ümumiyyətlə bu çox ağır işdir. Sizə qəribə gələ bilər, biomasaj zamanı onun hətta nəslinin işləmiş olduğu günahları belə kod yaddaşına yazılmış olduğu üçün bioenerji yolu ilə çəkib çıxartmaq olar.

- Özünüzü necə qoruya bilirsiniz?

- Mənim özümü təmizləməyimə ehtiyac qalmır. Xəstələrimlə söhbət məndə yüksək enerji yaradır. Amma lazım gələrsə bu da mümkündür. Öz çakralarımı aça bilərəm

- Hazırda bionerji vasitəsilə hansı xəstəliyi müalicə edirsiniz?

- Mən cərrahi yolla sağaldıla bilməyən onurğa disk yırtıqlarını fitoteraopya və bionerji vasitəsilə sağaldıram. Həm də çox ucuz qiymətə. 3-4 seansa insanlar sağalıb gedirlər.Amma bunu bütün xəstəliklərə şamil etmək olmaz.

- Xərçəngin müalicəsi də mümkündürmü bu metodla?

- İlkin mərhələdə bəli.

- Doktor danışdıqlarınız insanlar bir qədər mif kimi görünə bilər . Hansısa tibbi mərkəzdə çalışırsınız?

- Bəli. “Aristokrat” tibb mərkəzində işləyirəm. Ümumiyyətlə haqlısınız, Azərbaycanda bionerji ilə müalicəyə inam azdır. Bu anlamda Türkiyə bizdən 50 il öndədir desəm yanılmaram. Dünyanın ən inkişaf etmiş ölkələrində daha alternativ tibbə möcüzə və ya boş iş kimi baxmırlar. Təəssüf edirəm ki, Azərbaycanda bu sahə geri qalır. İndi çalışıram burda bu sahənin inkiaşf etdirilməsinə dəstək olum. Bacardığımı əsirgəməyim, xalıma faydam olsun.

İlhamə Rəsulova

Paylaş »
››› Bayden: "İranın Suriyadakı silahlılarına zərbə mənim göstərişimlə endirildi"
››› Moskvada Azərbaycan restoranını dağıdan ermənilərə hökm oxundu
››› İnsanlar Marsda necə məskunlaşacaqlar… - Alimdən maraqlı açıqlamalar
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Mərkəzi Klinik Xəstəxananın baş həkiminin qızının ölüm səbəbi məlum oldu
››› İran səfiri Türkiyənin Xarici İşlər Nazirliyinə çağırıldı
››› Akademiyadan tələbənin intiharı ilə bağlı açıqlama
Son xəbərlər
Bütün xəbərlər »