Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
AFFA "Qarabağ"ın 1, "Neftçi"nin 3 futbolçusunu cəzalandırdı
AFFA

AFFA İntizam Komitəsi Premyer Liqanın XV turunda "Qarabağ" və "Neftçi" komandaları arasında Azərbaycan derbisində baş verənlərlə bağlı qərarlarını açıqlayıb.

"Report" xəbər verir ki, matçın 73-cü dəqiqəsində “Qarabağ”ın futbolçusu Kevin Medina “aqresiv hərəkətə” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb. Kluba isə 3200 manat cərimə tətbiq edilib.

Qarşılaşmanın 22-ci dəqiqəsində “Neftçi”nin oyunçusu Buludov Ömər “kobud oyuna” görə birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəza alıb. Paytaxt klubu buna görə 1600 manat ödəyəcək.

Flaqmanın digər üzvü Mamadou Kane qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun, kluba isə 200 manat cəza kəsilib. İkinci sarı vərəqəni alaraq meydandan qovulan Stankovic Vojislav də komanda yoldaşı kimi bir oyunluq cəza ilə üzləşib və klubunu 200 manat ziyana salıb.

"Neftçi"nin 3 futbolçusu qırmızı vərəqə aldığı üçün kluba 4800 manat cərimə də tətbiq edilib.

Qeyd edək ki, qarşılaşma "Neftçi"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »