Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polis əməliyyat keçirilib, saxlanılanların üzərindən narkotik vasitələr aşkarlanıb
Polis əməliyyatı  -  bandotdel

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması, həmin əməlləri törədən şəxslərin aşkar edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində növbəti əməliyyat tədbirləri həyata keçirilib.

Bizimyol.info xəbər verir ki, DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri genişmiqyaslı əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri saxlanılıb.

Saxlanılan şəxslərdən metamfetamin, tiryək və marixuana aşkar edilərək götürülüb. Belə ki, Bərdə rayon sakini, əvvəllər məhkum olunmuş Bəxtiyar Əliyev idarə etdiyi mopedlə birgə rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman bir kibrit qutusunda qablaşdırılmış marixuana, mopedindən isə sellofan paketə bükülmüş 485 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Keçirilmiş digər tədbirlərlə Bərdə rayon sakinləri, Gündüz Babayev və əvvəllər məhkum edilmiş Nemət Səfərov da rayon ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Onların üzərinə baxış keçirilən zaman G. Babayevdən metamfetamin və N. Səfərovdan 6 qrama yaxın tiryək aşkar edilərək götürülüb.

Faktlarla əlaqədar araşdırmalar davam etdirilir.

Paylaş »
››› İqbal Ağazadə: “Belə getsə, növbəti müharibə qaçılmaz olacaq"
››› Navalnının bizim haqqımızda dedikləri başına bəla oldu
››› Bayden Putinə ilk zərbəni hazırlayır
››› Neft şirkətinin karantin düşərgəsində nə baş verir?- SOCAR-dan açıqlama
››› Fevralın 25-nə olan hava proqnozu
››› Böyük qayıdış üçün sorğu nəyə lazım: "Bu nə deməkdir - gedirsiniz ya getmirsiniz?"
››› “İsgəndər” raketlərini atdıq, amma partlamadı” - Paşinyan
Son xəbərlər
Bütün xəbərlər »