Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bizimkilər Araiklə niyə görüşüblər: Onu Ermənistandan qoparmaq istəyirlər
Araik Aratunyan

“Araikdən ifadə almaq bir az reallıqdan uzaqdır. Bəzi politoloqlar bu görüşlə bağlı düzgün açıqlama vermirlər. O, Azərbaycanda axtarışdadır. Əgər görüş olubsa, xüsusi xidmət orqanları görüşüb. Açıqlama verməməklərinin səbəbi isə o ola bilər ki, istəmirlər cəmiyyətimiz, insanlarımız narahat olsun”.

Bunu Bizimyol.info-ya müsahibəsi zamanə hərbi-siyasi ekspert Elçin Axundzadə bildirib. Onun sözlərinə görə, bizimkilər Araiki Ermənistanın caynağından qoparmaq istəyirlər.

Elçin Axundzadə Elçin Axundzadə, Hərbi ekspert, ehtiyatda olan zabit

“Digər tərəfdən isə Araiklə görüşmək bizə lazımdır. Pis, ya da yaxşı - Araik hələ ki, Qarabağda fəaliyyət göstərən qüvvələrə rəhbərlik edir. Ona tabe olan qruplaşmalar var. Bizimkilər yəqin ki, onun əli ilə həmin qrupları zərərsizləşdirmək istəyirlər. Araiki də Ermənistanın caynağından qoparmaq istəyirlər. Ermənistan məcburiyyət qarşısında qalıb Qarabağdan ordusunu çəkdi və artıq Ermənistan Qarabağa əsgər, pul, maliyyə vəsaiti göndərmir.

İndiki məqamda bu düzgün siyasətdir və Araikdən istifadə üçün bu bizə lazımdır. Amma bir müddət keçdikdən sonra yəqin ki, Azərbaycan dövləti olaraq Araiki bir başqa adama dəyişəsi olacağıq. O insana ki, o, Azərbaycana qarşı savaşmayıb. Mərhələ-mərhələ ora elə bir adamı gətirəcəyik ki, onların mədəni diasporasının və orada qalan kompakt əhalinin marağında olsun. Gətiriləcək insan Azərbaycanın qanunlarına tabe olan və təbliğ edən insan olacaq. Artıq bu ərazi bizimdir və siyasi qiyməti də bizim xüsusi xidmət orqanları verir”.

Ekspert bildirib ki, Araik axtarışda olan adamdır və bu axtarışı ona qarşı istifadə etməklə orada Azərbaycan qanunlarını geniş yaymaq olar. “Araikdən ola bilsin ki, minalanmış yerlərin qrafiklərini də istəmək olar. Müəyyən təkliflər əvəzində dövlətimizi, əsgərlərimizi qorumaq üçün hansısa məlumatlar almaq olar. Araik birbaşa döyüşən quldur deyil, amma Balasanyan çox təhlükəli, Xocalıda əli qana batan şərəfsizdir. O, Azərbaycan üçün çox təhlükəlidir. Araiklə Balasanyanın arasını vurmaq, balans yaratmaq, Balasanyanın arxasında duran Koçaryan və Sarkisyan qruplarını zəiflətmək üçün də istifadə etmək olar. Azərbaycan dövlətinin Prezidentinə mütləq inanmaq lazımdır. Mən əminəm ki, onun A, B, C və s. variantları var. Görüş keçirilibsə, üçtərəfli razılıq əsasında olub”,- deyə bildirib.

Leyla Mirzə

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »