Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid II Fəxri Xiyabanda dəfn edilib
Şəhid cənazəsi

Azərbaycan Ordusunun şəhid olan hərbi qulluqçusu dəfn olunub.

Bizimyol.info xəbər verir ki, Vətən müharibəsində iştirak edən 21 yaşlı Quliyev Əkbər Güləhməd oğlu Bakıda II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində Müdafiə Nazirliyinin rəsmiləri, Yasamal rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin döyüş yoldaşları və yaxınları iştirak edib.

Əkbər Quliyev - Şəhid

Qeyd edək ki, 44 günlük Vətən müharibəsində itkin düşən və sonradan şəhid olduğu dəqiqləşən  kiçik çavuş Əkbər Quliyevin nəşi bu gün səhər saatlarında doğulduğu Neftçala rayonunun Xıllı qəsəbəsinə gətirilib. Şəhidin cənazə namazı qılınıb, ruhuna dualar oxunub, sonra şəhidin nəşi paytaxt Bakıya yola salınıb.

Mərasimdə şəhidin doğmaları, Neftçala Rayon İcra Hakimiyyətinin rəsmiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, hərbçilər və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Valideynlərinin istəyi ilə şəhid Ə.Quliyevin nəşi bu gün Bakıda II Fəxri Xiyabanın yanındakı Şəhidlər Xiyabanında dəfn olunub.

Əkbər Quliyev 2000-ci ildə Neftçala rayonunun Xıllı qəsəbəsində anadan olub. 2020-ci il sentyabrın 21-də səfərbərliklə təkrar orduya çağırılıb, təlimlərə qoşulub. Vətən müharibəsi başlanan gündən döyüşlərə qatılıb. O gündən ailəsi ilə bir dəfə də olsun əlaqə saxlamayıb. İtkin düşdüyü güman edilirdi. Hərbçinin DNT analizindən sonra şəhid olduğu məlum olub. Onun meyitinin cəbhənin hansı istiqamətindən tapıldığı göstərilmir.

Allah rəhmət eləsin!

Paylaş »
››› Rusiyada azərbaycanlı gənc ermənini üzr istəməyə məcbur etdi - Foto
››› Qasparyan: “Bakı-Tbilisi-Ceyhan”ı raketlə vurmaq istədim, Paşinyan qoymadı”
››› “İskəndər” partlaması: Ordu Paşinyana qarşı qiyama qalxdı - Kreml nə etmək istəyir...
››› Nostradamus mayın 10-na hansı hadisələri proqnoz edib – Tədqiqatçı açıqladı
››› “Hazırda Dağlıq Qarabağda “əsəb çəkişməsi” yaşanır”
››› Ermənistanda dövlət çevrilişinə cəhd: Paşinyanın da tərəfdarları paytaxta toplaşır
››› “Məmur korpusunda irimiqyaslı təmizləmə əməliyyatı olacaq”
Son xəbərlər
Bütün xəbərlər »