Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtobus zolaqlarına hansı hallarda girə bilərsiniz... - DYP-dən açıqlama
Avtobus zolağı

Bakıda avtobusların maneəsiz hərəkətinə nail olmaq üçün ayrıca hərəkət zolağının salınması istiqamətində işlər davam edir.

Artıq paytaxtın bəzi küçələrində Bakı Nəqliyyat Agentliyinin avtobuslar üçün ayırdığı zolaqlara rast gəlmək mümkündür. Həmin zolaqlar sırf avtobusların hərəkəti üçün nəzərdə tutulub və şəxsi maşınlar zolağa daxil olduğu zaman qanunla məsuliyyətə cəlb edilir.

Ölkədə karantin rejimi davam etdiyi üçün şənbə və bazar günləri avtobusların hərəkəti dayandırılıb. Belə olan halda həftəsonu şəxsi maşınlar da bu zolaqlardan istifadə edə bilərmi?

Vaqif Əsədov Vaqif Əsədov

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Bizimyol.info-ya açıqlaması zaman bildirib ki, şənbə və bazar günlərinin də şamil edilməsi ilə bağlı bu məsələnin üzərində iş gedir.

“Dünən Bakı Nəqliyyat Agentliyinin avtobus zolaqlarına əlavə lövhələrin vurması düşünürəm ki, hamının ürəyincə olacaq. Şənbə və bazar günlərinin də şamil edilməsi ilə bağlı üzərində iş gedir. Bakı Nəqliyyat Agentliyi ilə məsləhətləşdikdən sonra ayrıca bu barədə məlumat veriləcək.

Avtobusların hərəkəti üçün ayrılmış hərəkət zolağında səhər 07:00 - 10:00-a, axşam isə 17:00 - 20:00-a kimi avtobusların hərəkəti nəzərdə tutulub. Digər saatlarda isə sürücülər həmin zolaqlardan istifadə edə bilər. Şənbə və bazar günü hələ ki, qeyd edilməyib. Hesab edirəm ki, şənbə və bazar günləri də əlavə edilsə, bununla bağlı narazıçılıq olmayacaq. Hər bir hərəkət iştirakçısı, başda da sürücülər olmaqla bundan razı qalacaqlar”.

Vaqif Əsədovun sözlərinə görə, təkcə yanvar ayı ərzində avtobusların hərəkəti üçün ayrılmış zolağa daxil olan 500-dən artıq sürücü məsuliyyətə cəlb edilib. “Bunun hesabına ictimai nəqliyyatın hərəkətində ləngimələrin qarşısı alınıb”,-deyə o bildirib.

Leyla Mirzə

Paylaş »
››› "Paşinyan gücünü göstərdi və hakimiyyətdə qaldı"
››› İlham Əliyev iranlı jurnalistə irad bildirdi
››› Putinin “üçüncü qızı” danışdı: “Ona görə çox təhqir edirlər”
››› Hərbiçilərin maaşları ilə bağlı açıqlama nəyi nəzərdə tutur...
››› Ermənistan niyə silahlanır … - “Daim ayıq-sayıq olmalıyıq”
››› "Ermənistanda ideal fırtına şəraiti yaranıb"
››› Portuqaliya kinoşirkəti Xocalı faciəsini ekranlaşdırıb - Video
Son xəbərlər
Bütün xəbərlər »