Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Azərbaycanın xəbərdarlığına məhəl qoymur: Xankəndidə nə baş verir?
Xankəndi

Bu gün də Ermənistanda revanşist qüvvələr baş qaldırmağa çalışır. Azərbaycanı növbəti təxribatlarla, növbəti müharibə ilə hədələməyə çalışırlar.

Azərbaycanın rəsmi etirazlarına və xəbərdarlıqlarına rəğmən hələ də Xankəndidə Ermənistan rəsmiləri görüşlər keçirirlər. Amma əvvəlki görüşlərdən bir fərq var. Görüşlərlə bağlı fotoşəkillər ictimailəşdirilmir. Ermənistan mediası "Artsax müdafiə ordusuna əsgərlər üçün yeni çağırış başlayıb” başlıqlı yazılar dərc etməyə başlayıb. Hətta Xankəndi Hərbi Komissarlığı önündə çəkildiyi iddia edilən şəkillər paylaşılıb.

Bütün bu məsələlər Azərbaycan cəmiyyətində suallar yaradır: Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə nə baş verir? Müharibə təhlükəsi varmı?

Ədalət Verdiyev Ədalət Verdiyev

Məsələ ilə bağlı Bizimyol.info-ya açıqlama verən hərbi ekspert Ədalət Verdiyev bildirib ki, Ermənistan Azərbaycanın etirazlarını nəzərə almasa, bunun həmin ölkə üçün ağır nəticələri olacaq.

“Ermənistanda hazırda gedən proseslərdə revanşist təkliflərin, ideaların səslənməsi və bu proseslərin davam edəcəyi istisna deyil. Biz bunu gələcəkdə də görə biləcəyik. Bəs, onlar revanşı hansı orduyla, texnikayla, vasitələrlə edəcəklər? Onlar bu suala cavab tapa bilsələr, o zaman onların ideasının altını doldurmaq mümkün ola biləcək. Hazırda Ermənistan nəinki revanş etməyə, hətta ölkənin təhlükəsizliyinin təminatında ciddi problemlər var”,- deyə Ə.Vəliyev bildirib.

Hərbi ekspert qeyd edib ki, Xankəndində keçirilən görüşlər birmənalı olaraq Azərbaycanın etirazı ilə qarşılaşıb: “Bu etirazlar ən yüksək səviyyədə də səsləndirilib. 30 il Azərbaycanın etirazlarını nəzərə almayan Ermənistan 44 günlük müharibədə nəticəsini gördü. Bu dəfə də etirazlardan nəticə çıxmasa, qarşı tərəfə anoloji cavab verilə bilər. Lakin mən müharibə ehtimalını istisna edirəm. Çünki bu müharibəni aparmaq üçün Ermənistanın lazım olan insan resursu mövcud deyil və zəruri olan silah və texnikaya malik deyillər. Amma təxibat xarakterli addımların atılması mümkündür. Ordumuz da bu təxirbatların qarşısını almaq üçün daim hazırdır. Döyüş əməliyyatları teatrında mənəvi-psixoloji üstünlük tamamilə ordumuza məxsusdur”.

Paylaş »
››› Paşinyan yenə Rusiyaya "ilişdi"
››› Ata oğlunu qurban kəsdi: “Allah yolunda belə addım atdım” - Foto
››› Ermənistan yeni terror təşkilatı yaradıb, təlim keçir: “Onların ərazi itkisi ilə nəticələnə bilər”
››› Nəqliyyat Agentliyinin xüsusi zolağı niyə işə yaramadı? - Video
››› Qərb Rusiyanı Ermənistanın əli ilə vurur
››› Türkdilli dövlətlərin ordusu yaranır: “Bu, ciddi mesajdır”
››› Qərb Rusiyaya qarşı hansı planı hazırlayır...
Son xəbərlər
Bütün xəbərlər »